Bəsitçay Dövlət Təbiət Qoruğunda bioloji komponentlərin inventarizasiyası işlərinə başlanılıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xankəndi, 10 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bəsitçay Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilər əhatə olunmaqla Bəsitçay Milli Parkının yaradılması imkanlarının araşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinin aidiyyəti institutlarının iştirakı ilə Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində monitorinqlər aparılıb və bioloji komponentlərin inventarizasiyası işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazisində məsafədən zondlama üsulu ilə meşə sahələrinə baxış keçirilib və həmin meşələrin taksasiya elementləri (ağac növləri, sayı, yaş qrupu) öyrənilməklə plan-kartoqrafik materialları tərtib olunub. Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi dinamikasına uyğun olaraq, Cəbrayıl rayonu ərazisində 72 hektar, Zəngilan rayonu ərazisində 77 hektar, Qubadlı rayonu ərazisində 35 hektar və Füzuli rayonu ərazisində 2 hektar meşə fondu sahəsində meşəbərpa layihələri həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 10 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















