Icma.az
close
up
RU
Bıçağı onun kürəyindən vurdum Qızını söydüyünə görə qonşusunu öldürən atanın CİNAYƏT İŞİ

Bıçağı onun kürəyindən vurdum Qızını söydüyünə görə qonşusunu öldürən atanın CİNAYƏT İŞİ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qızını söydüyünə görə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

Onun sözlərinə görə, hadisə söyüş üstündə baş verib:

"Bəhruz mənə vatsapda zəng elədi. Çölə çıxanda mənə dedi ki, deyəsən məktəb illərin yadından çıxıb. Bizim uşaqlarımız dava etmişdi. Mənim var-yoxumu söydü. Sonra görüşdük əlbəyaxa olduq. Usta olduğum üçün mən üzərimdə həmişə bıçaq daşıyıram. Mən fəhlə işləyirdim kabellərin ağzını kəsmək üçün bıçaqdan istifadə edirdim. Mərhum məndən çox güclü idi və yaxınlaşan kimi təpiklə sinəmə çox güclü zərbə vurdu. Üzərimdəki bıçağı da onu qorxutmaq üçün çıxartdım. Mən bıçağı onun kürəyinin aşağı tərəfindən vurdum. Hadisədən 2 saat sonra o dünyasını dəyişdi. Özüm gedib polisə təslim oldum. Əməlimdən peşmanam".

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib. 

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, o, qonşusu Bəhruz Məmmədovun bacısı oğlu Muradlı Əbəlfəzlə öz övladı Osman Həsənov arasında həmin kompleksin həyətində baş vermiş mübahisənin səbəbini aydınlaşdırmağa çalışıb.

Bu zaman Nahid Həsənov Bəhruz Məmmədovun onun övladı Ayan Həsənovanın ünvanına nalayiq ifadələr işlətməsini öyrənib. Buna görə onu öldürərək, qisas almaq qərarına gəlib.

Bu məqsədlə Nahid Bəhruz Məmmədovu kompleksin həyətində görüşə dəvət edib və cinayətkar niyyətini həyata keçirmək üçün özü ilə bıçaq da götürüb.

Nahid Həsənov həmin gün "Qobu Park-3" yaşayış kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfindəki yol ayırıcında Bəhruz Məmmədovla görüşərkən şəxsi münasibətlər zəminində əlbəyaxa olub. Bu zaman onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Daha sonra üzərindəki bıçaqla Bəhruz Məmmədovun kürək nahiyəsinə 1 ədəd həyati təhlükə sayılan zərbə endirib. Nəticədə Bəhruz Məmmədov kəskin daxili qanitirmədən ölüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri