Icma.az
close
up
RU
Binəqədi rayonunda “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib AZƏRTAC

Binəqədi rayonunda “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, AZƏRTAC

Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış videofilmə tamaşa ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının oxucular üçün Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş birinci nəşrdən sonra kitabın ikinci nəşri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq fəaliyyətinə, Böyük Qayıdış Proqramının təşkilinə həsr olunub. Bütün bu hadisələrin mərkəzində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəşadətli Azərbaycan Ordusunun gücü və qüdrəti dayanır.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirib ki, kitabda Prezident İlham Əliyevin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlətimizin başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən, milli maraqları qətiyyətlə təmin edən uğurlu xarici siyasətdən, ölkəmiz üçün yeni tarixi dövrün başlanmasından bəhs edilir.

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yaqut Mönsümova çıxışında qeyd edib ki, kitabda Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılır, İkinci Qarabağ müharibəsi dövründə qələbə və diplomatiya salnaməsi tədqiq edilir. Kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, dahi sərkərdəlik qabiliyyəti əks olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir. Nəşrdə dövlətimizin başçısının Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən Lider kimi rolundan bəhs edilir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov çıxışında qeyd edib ki, Qarabağda əldə edilən Qələbənin tarixi mahiyyəti onu müstəqilliyin qazanılmasının strateji əhəmiyyəti ilə bir sıraya yüksəldib. Dövlətimizin və xalqımızın müqəddəratını təmin edən bu iki əsas amil - müstəqillik və Zəfər biri-birini tamamlayır, möhkəmləndirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi dövrə qədəm qoyarkən, Azərbaycanın yeni inkişaf hədəf doktrinasının etibarlı bünövrəsini təşkil edir.

Yekun nitqi ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli vurğulayıb ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatik siyasəti, polad iradəsi sayəsində əzəli torpaqlarını işğaldan azad edib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub.

Tədbir bədii hissəsi Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin uşaq xorunun, Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında musiqi və bədii qiraət nümunələri ilə davam edib.

Mərasimdə Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri