Icma.az
close
up
RU
Qaradağ rayonunda “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib

Qaradağ rayonunda “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

2024-cü ilin dekabrın 24-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in üzvü Munis Bayramov, İcra Hakimiyyətinin və YAP rayon təşkilatının aparatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra kitabla bağlı hazırlanmış xüsusi videofilm nümayiş etdirilib.

Tədbiri açan Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”-dən biri olan Munis Bayramov çıxışında “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: Şəxsiyyət faktoru” kitabının Azərbaycanın müasir tarixini öyrənən tədqiqatçılar və ümumilikdə oxucular üçün dəyərli məlumat mənbəyi olduğunu bildirib. M.Bayramov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş birinci nəşrdən sonra kitabın ikinci nəşri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq fəaliyyətinə, Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinə həsr olunub. Şöbə müdiri vurğulayıb ki, xalqımız üçün əsil qürur mənbəyinə çevrilmiş bu hadisələrin mərkəzində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, xalq - lider birliyi və rəşadətli Ordumuzun qüdrəti dayanır.

Tədbirdə çxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev kitabın məziyyətlərindən bəhs edərək bu nəşrdə Prezident İlham Əliyevin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyətinin ətraflı işıqlandırıldığını qeyd edib. YAP rayon təşkilatının sədri Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində xalqımızı bir yumruq kimi birləşdirməsindən, milli maraqları qətiyyətlə təmin edən uğurlu xarici siyasətindən, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında xidmətlərindən və ölkəmiz üçün yeni tarixi dövrün başlanmasından bəhs edb. Ulu öndər Heydər Əliyevin “İnanıram ki, mənim başa çatdıra bilmədiyim işləri, arzuları, istəkləri o, həyata keçirəcək", - sözlərini xatırladan Qafar Əliyev həqiqətən də Ulu Öndərin bu arzusunu reallaşdıran Prezident İlham Əliyevin adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. 

Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid anası Fəridə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytac Tağıyeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Qaradağ rayon şöbəsinin sədri Əli Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinini Qaradağ rayon filialının sədr mavini Qafqaz Əhmədov və digərləri bildiriblər ki, kitabda Ali Baş Komandan İlham Əliyevin Zəfər səlnaməsinin  əsas məqamları işıqlandırılır. Kitabda, həmçinin Vətən müharibəsində qazanılan şanlı Zəfərin memarı olan Prezident İlham Əliyevin dahi sərkərdəlik qabiliyyəti öz əksini tapıb.  

Tədbirin sonunda bir qrup yeni YAP üzvünə partiya vəsiqələri təqdim olunub və xatirə fotosu çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Dekabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri