Icma.az
close
up
RU
Bunu bir Allah bəndəsi etməz! FELYETON

Bunu bir Allah bəndəsi etməz! FELYETON

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Vaxt var idi ki, heç qara çörəyi bəyənən olmurdu. Deyirdilər ki, qara çörək aşağı keyfiyyətli unla bişirilir. Heç çovdar çörəyi söhbəti yox idi. Nə olmuşdu ki? Hamı ağ çörək yeyirdi: sağlamlığıq da vardı, əhval-ruhiyyə də. Camaatın arasında arıq da vardı, kök də. Heç kim fikirləşmirdi ki, mən ağ çörək yeyim, kökəlim, qara çörək yeyim, arıqlayım.

İndi isə bəzi adamlar ağ çörək yeyir, bəziləri qara? Nə üçün? Çünki beynimizi doldurublar ki, ağ çörək kökəldir, qara çörək kökəlməyə qoymur. Və yaxud da ki, filan-filan xəstəliklərdə ağ çörək yemək olmaz, mütləqdir ki, qara çörək yeyəsən.

Mağazalarda min bir çeşiddə çörək satılır. Hamısı da elə min bir dərdin dərmanı. Ancaq müasir adama, di gəl, bunları bəyəndir. Hərəsinə bir əmmamə qoyurlar. Bu zavod çörəyidir, əllə kəsilmir, gərək bıçaqla kəsəsən, Peyğəmbər də buyurub ki, çörəyə bıçaq vurmaq olmaz. Bu, təndir çörəyidir, nə əllə, nə də bıçaqla kəsmək olmur, gərək iki nəfər hərəsi bir başından tutub darta ki, bəlkə bir qismət qoparıb ağzına qoya biləsən. Nə bilim, bu, çovdar çörəyidir, bax, ən yaxşısı budur, bundan da qəribə qoxu gəlir axı. Bu qara unla bişən çörəkdir, amma bircə gün qalan kimi dadını dəyişir. Bu da qara çörəkdir, amma deyirlər ki, qara unla bişirmirlər, ağ unun içinə rəngləyici vasitə, hətta qəhvə, kakao tozu vururlar ki, çörək qara rəngdə olsun...

Bax, beləcə, mağazalarda nə çeşiddə çörək varsa, hamısına bir əmmamə qoşuruq. Lakin məsələ ondadır ki, əmmamə qoşa-qaşa da hər gün alırıq. Adama sual verərlər ki, bax, alacaqsansa, nə üçün çörəyin və çörəkbişirənlərin haqqında bu qədər danışırsan?

Ay balam, zavod çörəyindən əlinlə bir qismət qopara bilmirsən, evində bıçaq yoxdur, al əlinə doğra, yığ çörək qabına, qurtarana qədər ye də.

Təndir çörəyini nə bıçaqla, nə əllə kəsə bilmirsən, hə, nə olsun. Evdə tək yaşamırsan ki, həyat yoldaşın, oğlun, qızın var, hərəniz bir tərəfindən tutun dartın, parçalayın yeyin də...

Çovdar çörəyindən qəribə qoxu gəlir, gözünüz var da, bir üzərinə baxın, görün nə yazılıb, bəlkə elə sizin başınızı aldadırlar.

Qara çörək almaq istəyirsən, lakin tərəddüd edirsən ki, ağ una rəng və yaxud da qəhvə, kakao tozu qatırlar. Belə fikirləşmə, sən Allah. Bunu edəcək bir Allah bəndəsi olmaz Azərbaycanda. İnsanların haqqına girmə. Ay qardaş, bu çörəyi bişirən düşmən üçün bişirmir ey, bu xalqın insanları üçün bişirir. Heç bunu edən olar, sən Allah? Demək istəyirsən bu, camaat bir-birinə qənim kəsilib? Yox, əsla. Belə düşünmək günahdır. Bu çörəkləri bişirənlərin hər biri bizim qohumumuz. əqrəbamız, qonşumuzdur. Heç belə edərlər?

Yaxşı, çörək əllə kəsilməyə də bilər, dartmaqla bircə qismət qoparmaq da mümkün olmaz. Qara çörəkdir də, qalar sabaha unundan asılıdır, bir qədər qoxu da gələ bilər. Lakin çovdar unu əvəzinə buğda ununa rəngləyici qatıb heç kim qara çörək bişirib satmaz. Buna əmin ol. Biz bir-birimizə o qədər yanan, qədrini bilən, ayağına daş dəyməsinə razı olmayan insanlarıq ki, bunu heç vaxt etmərik.

Rahatlıqla çörəyinizi alın, yeyin. Hə, arıqlamaq istəyirsinizsə, ümumiyyətlə, qara çörək alın. Bir də içərisinə qəhvə, kakao tozu qatanda nə olur ki, qəhvə içmirsiniz? Elə qəhvənin özü arıqladır.

Hər kiçik məsələ üçün narahat olmağa dəyməz. Dünya beş günlükdür. Və hər bir şeyə də çarə var.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri