Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Bir oğlunu edam etdirən, bir oğlunun gözünü çıxartdıran şahın faciəsi Sevinc Mürvətqızı

Bir oğlunu edam etdirən, bir oğlunun gözünü çıxartdıran şahın faciəsi Sevinc Mürvətqızı

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Sevinc Mürvətqızının “Şah namə Abbas” - uğurlu səhnə interpretasiyası" təəssürat yazısını təqdim edir.
Şəhərin ömürgödəldən tıxaclarını yara-yara qaranəfəs özümüzü Milli Gənc Tamaşaçılar Teatrının qarşısına çatdıranda binanın önündə qələbəlik idi. Anlaşıldı - anşlaq olacaqdı...

Yazıçı İlqar Fəhminin “Şah Abbas Namə” əsərinə əməkdar artist Nicat Mir Kazımovun ad inversiyası ilə quruluş verdiyi “Şah namə Abbas” tamaşasının premyerası idi.

Media nümayəndələri, yazıçılar, şairlər, ziyalılar - dövlət adamlarından müxalifət nümayəndələrinə qədər xeyli adam böyük həvəslə “Şah Abbası taxtda görməyə...” gəlmişdi. Sanballı tarixi mövzular hər dövrdə ortaq maraqların birləşdiyi və ayrıldığı nöqtə olub...

Tamaşanın başlanması elan edilib zal qaranlığa qərq olan kimi səhnənin işıqlanması ilə bir oyuna düşdük, gəl görəsən...

Tamaşa ilk səhnəsindən etibarən “şah”ın mat olmaması naminə “piyadalar”ın, “atlar”ın, “fil”lərin, “vəzir”lərin qurban verildiyi şətrənc (şahmat) lövhəsi ilə hamını düşünməyə vadar edirdi. Oyun zahirən ağlarla qaralar arasında gedirdi, əslində, taleyin görünməz əli şah da daxil olmaqla bütün fiqurları hərəkətə gətirirdi.

Tarixi reallığa uyğun, zövqlü geyimlərdə olan və rollarını möhtəşəm ifa edən aktyor heyəti, diqqətlə düşünülmüş səhnə dekorasiyası, mükəmməl işıq və səs tərtibatının vəhdəti bizi bir anda zamanın 400 il gerisinə - Səfəvi sarayına “atdı”. Saray intriqaları, taxt-tac davaları, əslində, gedişi əvvəldən düşünülmüş bir şahmat oyunu tərzində qurulmuşdu.

Qarşımızda ömrünün fəsilləri ilə dörd Şah Abbas oturmuşdu... Geyimlər rəngləri ilə də obrazların daxili dünyasını “danışırdı”: gəncliyin bəyaz saflığı, mübarizənin qırmızı qanı, yetkinliyin firuzəyi əzəməti, qürubun qara kədəri…

Rejissor əvvəlcə gənc şahzadə Abbası ağ libasda sadəlövhlüyün, saflığın, qorxunun təcəssümü kimi qarşımıza çıxarır. O, hələ hakimiyyətin ağırlığını çiyinlərinə götürmək istəməyən, ölüm qorxusundan anasının qucağında ağlayan “uşaq”dır. Yeri gəlmişkən, şahın şüuraltında “bizi öldürəcəklər, ana!” deyə bağıran o uşaq qocalıb beli bükülsə də, ömrünün sonuna qədər “böyümür”. Tamaşada bu maraqlı məqam arxa ekranda - fon kimi zaman– zaman nümayiş etdirilir. Bu, diqqətçəkən səhnə elementidir. Ən böyük uşaqlıq qorxusu ölüm olan şahzadə taxta çıxıb şah olandan sonra ölümlə şahmat oynamağa başlayır.

Ortayaşlı Şah Abbasın qıpqırmızı libasda olması da döyüşlərin, verilən qanlı qərarların rəngi idi. O, Səfəvi xanədanını qorumaq üçün artıq mübariz bir hökmdar idi və hər addımı qanla yazılırdı. Hətta öz övladlarının da qanı ilə... Bir oğlunu edam etdirir, digər övladlarının da gözünü çıxartdırıb zindana atdırır.

Hadisələrin ardıcıllığında firuzəyi geyimdə, möhkəmlənmiş, palıd kimi kök atmış yetkin Şah Abbas gəlir. Amma o palıdın kökləri qanla suvarılıb, üzərində də ruhlar dolaşır...

Nəhayət, son pərdədə torpağın rəngi kimi qara geyimli, güclə ayaqlarını sürüyən ahıl Şah Abbas taxt-tacın qiymətini qanla ödəyən kölgə kimi bir ömrün ən ağır yükü ilə qarşımıza çıxır. Və hətta üzü torpağa baxan, həyatın faniliyini anladığı qoca vaxtında da iqtidarın və Səfəvi xanədanının taleyi naminə soyuqqanlı, qəddar qərarlar verir.

İlqar Fəhminin “Şah Abbas Namə”sinə Nicat Mir Kazımov elə yaradıcı səhnə ruhu verib ki, tamaşaçı, sadəcə, izləmir, sanki Qızıllbaş–Səfəvi xanədanının yüksəlişinin iştirakçısı olur.

Rejissor mətni səhnəyə incəliyinə qədər uyğunlaşdırıb. Hər səhnə, hər dialoq şahın iç dünyasına açılan bir qapı idi. Saray divarları arasında qaranlıq künclərdə gizlənən xain baxışlar, kəsilən başlar, zəhərlənib öldürülən adamlar...

Aktyor oyunu heyranediciydi. Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər və digərləri rolunu, sadəcə, ifa etmirdi, həm də psixoloji dərinlikləri ilə yaşayırdı. Səhnədə bəzən bütün səslər kəsilir, taxtda qalmaq üçün verilən qərarların ağırlığı, vicdanın sızıltısı aktyorların üzündəki ifadələrlə uğurla tamaşaçıya ötürülürdü.

Səhnədəki “şətrənc fiqurları”nı oynayan aktyorların sanki mexaniki, taleyə boyun əymiş hərəkətləri bir daha “qəzavü–qədər”in əlində bir oyuncaq olduğumuzu, eyni zamanda məşhur aforizmi də xatırlatdı: “Oyun bitəndə şah da, piyada da eyni qutuya qoyulur...” Bu labüd sonluğu bildiyi halda bəşər övladı yenə də bu qədər qanlı cəng-cidaldan, savaşlardan əl götürmür...

Fonda Fikrət Əmirovun “Kor ərəbin mahnısı”nın səslənməsi də bu məlum həqiqəti həzinliklə yada salırdı:

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı!..

Vətəni qorumaq üçün axıdılan qanların, qurban verilən oğulların, öldürülən şahzadələrin yaratdığı kədər tamaşanın hər səhnəsində duyulurdu. Bəlkə də, buna görə “Şah namə Abbas” bir dövlətin dirçəliş salnaməsi olmaqdan daha çox, mənə bir insanın, bir atanın, bir şahın faciəsi kimi göründü.

Qəribə və təəssüfləndirici detal isə bu idi ki, səhnədə qadın ifaçı yox idi, amma qadın ruhu – ananın kölgəsi Şah Abbasın uşaqlıq travması kimi hər səhnənin arxasında gizlənmişdi. Anasının qucağında gizlənən məsum uşaq obrazı yaddaşının ən dərinində gizli qalmış bir xatirə kimi şahın ruhundan heç ayrılmırdı. Elə bil Şah Abbas ömrü boyu hər çətinliyində ana qucağına - qorxu və şübhədən uzaq o doğma sığınacağa qayıtmaq istəyirdi…

Zamanın keçidini göstərən vizual detallar, musiqi və səs effektləri diqqətli işlənmişdi. İşıq oyunları isə birbaşa şahın və digər obrazların daxili halətini, psixoloji əhvalını əks etdirirdi. Hər pərdənin əvvəlində müvafiq tarixi əsərlərdən qısa səsləndirmə səhnəyə salnamə ab-havası verirdi. Və tamaşanın uğurlu alınmasında sözsüz ki, arxa plandakı yaradıcı heyətin - quruluşçu rəssam Mustafa Mustafayev, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə və rejissor assisentləri Fuad Cavadzadə ilə Nəsibə Canəliyevanın da birgə zəhməti də dayanır.

Tamaşaçılar yaradıcı heyəti ayaq üstə alqışladı. Sanki heç kim tamaşanın tarixi canlandıran atmosferinin yaratdığı zəngin təəssüratdan ayrılıb zalı tərk etmək istəmirdi. O arada düşündüm - tamaşanın uğurundandır ki, necə keçdiyini hiss etmədiyimiz iki saat boyunca bəzən nəfəsimizi udub həvəslə izlədiyimiz “Şah namə Abbas” həm estetik, həm də ideya baxımından çağdaş səhnəmizin uğurlu sənət hadisələrindən biridir.

P.S. Tamaşa bitəndə Ulucay Akifin “tamaşa haqqında yazı olacaqmı?” sualına cavabım hazır idi: belə tamaşadan lap iki yazı da yazmaq olar...

Snup Doqq haqda film çəkiləcək O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı 15 iyun - Gələcəyə gedən yol
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see199

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see135

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see134

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see133

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see132

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri