Icma.az
close
up
RU
Bir tərəfdə sülh sazişi, digər tərəfdə müharibəyə hazırlıq Ermənistan ikili oyun oynayır? ŞƏRH

Bir tərəfdə sülh sazişi, digər tərəfdə müharibəyə hazırlıq Ermənistan ikili oyun oynayır? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

Daha sonra açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirdi ki, "Sülh sazişində Avropa Birliyinin Ermənistandakı mülki missiyası barədə heç bir maddə yoxdur. Sazişdə üçüncü qüvvələrin yerləşdirilməməsi nəzərdə tutulur. Bu, həm Ermənistana, həm də Azərbaycana aiddir".

Lakin bütün bunlara rəğmən Ermənistan ciddi şəkildə silahlanmağa da davam edir, sərhədə silahlar daşıyır. İddia olunur ki, apreldə 10 həftəlik təlimlərə başlayır, bu isə xeyli uzun bir müddətdir. "Caliber"in yaydığı məlumata görə isə Ermənistan müharibəyə başlamaq istəyir, təlim adıyla üstünü örtür.

Maraqlıdır görəsən, sülh sazişi ilə razılaşıb eyni anda müasir silahları sərhədə yerləşdirmək, ciddi şəkildə müharibəyə hazırlaşmaq nəyə işarədir? Ermənistan ikili oyun oynayır? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq. Ekspert bildirdi ki, bütün bu baş verənlər olduqca əhəmiyyətli proseslərdir.

Bəli, tərəflər arasında artıq sülh danışıqları ilə bağlı məsələlər yekunlaşdı. 17 maddədən 15-i artıq razılaşdırıldı. Qalan iki məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Ermənistan digər iki məsələnin də həllini təmin etməlidir. Birincisi konstitusiya dəyişiklik məsələsidir, hansı həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Digər məsələ isə beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi və bu cür iddiaların irəli sürülməməsi ilə bağlıdır. Ermənistan tərəfi bu iki məsələnin sülh sazişi imzalandıqdan sonra həll olunacağını qeyd edir. Hər halda, pozitiv hadisələr baş verir. Ümid edək ki, Ermənistan nəhayət, sözünü tutacaq və digər şərtlər də yerinə yetiriləcək. Əgər hansısa bir ilkin sənəd imzalanacaqsa, şübhəsiz ki, bu da prossesin davamını gətirə bilər. Amma Ermənistan həm də parlament seçkilərinə hazırlaşır, ona görə Paşinyan da elə formada məsələni həll etməyə çalışır ki, həm Azərbaycanla məsələlər normallaşmaq istiqamətində davam etsin, eyni zamanda Ermənistanın daxilindəki prosseslər Paşinyanın əleyhinə işləməsin və o, növbəti seçkilərdə hakimiyyətini qoruyub saxlaya bilsin. Yəni, nə şiş yansın, nə kabab. Şübhəsiz ki, vəziyyət birmənalı deyil. Biz digər tərəfdən onu görürük ki, Ermənistan sürətlə silahmanı həyata keçirir. Onun arxasında duran qüvvələr Ermənistanı təxribatlara təhrik etməyə çalışır. Ermənistan da bir çox hallarda onların istəklərini yerinə yetirməyə məcbur olur, yaxud könüllü şəkildə bunu edir. Düşünürəm ki, sülh sazişi imzalanarsa, hərbi ekskalaziya riski ciddi şəkildə ortadan qalxmış olar. Amma bütün hallarda Azərbaycanın mövqeyi bəllidir və bu iki ay öncə Azərbaycan prezidenti tərəfindən verilən müsahibədə də qeyd olunub. Azərbaycan bütün prossesləri dəqiqliklə izləyir. Bizim kəşfiyyatımız digər mənbələrdən alınan məlumatları təhlil edir və prosses diqqətlə izlənilir. Biz hansısa bir formada prosesin nəzarətdən çıxmasına imkan verməyəcəyik. Uzun sözün qısası, bu gün baş verənlər əlamətdar hadisələr olsa da, bizim hələ qət edəcəyimiz bir xeyli yolumuz var.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri