Icma.az
close
up
RU
Bizdə avtobusa arxadan minmək qadağandır bəs Avropada? FOTO

Bizdə avtobusa arxadan minmək qadağandır bəs Avropada? FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Nağdsız ödənişli avtobuslar istismara verildikdən sonra demək olar hər gün rastlaşdığımız situasiyalardan biri budur: tələsən sərnişin kartı vuraraq arxa qapıdan minmək istəyir. 
“BakuBus” MMC-nın mətbuat katibi Əsmər Əliyeva da Avtosfer.az-a açıqlamasında arxa qapıdan minməyin qadağan olunduğunu bildirib.

https://avtosfer.az/az/avtosfer-tv/sernisini-avtobusa-arxa-qapidan-mindirmeye-gore-surucu-cerimelene-biler-resmi%CC%87-aciqlama-foto-291550

Bəs başqa ölkələrdə vəziyyət necədir? 

Avropanın əksər ölkələrində oxşar qayda mövcuddur. 2 və 3 qapılı avtobuslarda yalnız qabaqdan minməyə icazə verilir. Bir sözlə, qaydalar bizdəki kimidir. 
Lakin qoşalaşmış, yəni 4 və daha çox qapısı olan avtobuslarda vəziyyət fərqlidir. Bu avtobuslarda ölkədən (bəzən də avtobusun konstruksiyasından) asılı olaraq 4-cü və ya 5-ci qapıdan da minməyə icazə verilir. Belə bir sistem sayəsində minmə və düşmə tezləşir. 150 nəfər və daha çox sərnişin tutumuna malik avtobusda birinci qapıdan minib 5-ci qapıya irəliləməyə lüzum qalmır. Eyni zamanda, sürücü ilə sərnişin arasında da konflikt baş vermir. 
İritutumlu avtobuslarda gedişhaqqının ödənilməsi üçün 4-cü və ya 5-ci qapıda validator quraşdırılır. Bununla da “qabaqdan vurub arxadan minmək” zərurəti aradan qalxır. Bunu Bakıda istismar edilən qoşalaşmış avtobuslarda da tətbiq etməyin vaxtı çatıb.
Yeri gəlmişkən, qoşalaşmış avtobuslardan optimal istifadə barədə də düşünməyin vaxtı çatıb. Avropa ölkələrində onlar bir qayda olaraq pik saatlarında xəttə buraxılır. Sıxlıq azalan kimi hamısı qaraja qayıdır. Mən yaşadığım Lökbatan qəsəbəsində isə saat 23 radələrində də bəzən belə iritutumlu avtobuslara rast gəlirəm.  Görəsən “BakuBus”un iqtisadçıları 10-15 nəfər sərnişinə görə həftə sonu belə böyük avtobusu xətdə saxlamağı nə ilə əsaslandırırlar?

PS. Şəkildəki sarı rəngli üçseksiyalı avtobus (tribus) Brüsseldə 22 il istismardan sonra muzeyə yerləşdirilib. Bu müddət ərzində avtobus 2,8 milyon kilometrdən çox yol qət edib. İstismar dövründə yalnız bir xətdə işləyib.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri