Icma.az
close
up
RU
BİZİM TƏQVİM:12 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:12 martda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media saytına istinadən bildirir.

1991-ci ilin bu günündə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaradılıb. Həmin ilin dekabrında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart - Daxili Qoşunlar Günü elan olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 zabit və əsgəri qəhrəmancasına həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.
Bəs, martın 12-də dünyada daha hansı hadisələr baş verib?
1. 12 mart 1881-ci ildə Fransa Tunisi işğal edib. Tunis 1956-cı ildə müstəqilliyini qazanıb. 
2. Türkiyənin İstiqlal Marşı 12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisində qəbul edildi. O illərdə müstəqillik və qurtuluş mübarizəsi aparan türklərin Vətən və bayraq sevgisini, azadlıq iradəsini dilə gətirən şeir Məclisdə böyük həyəcan yaradaraq səmimi alqışlarla qəbul olundu.
3. Hindistan və Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi 1930-cu ilin 12 martında duz istehsalındakı hökumət inhisarına qarşı Əhmədabaddan başlayan və təxminən 400 kilometr sürəcək məşhur "Duz yürüşü"nə başladı. 6 aprelə qədər davam edən bu yürüşdə Qandiyə minlərlə hindli qoşuldu.
4. ABŞ prezidenti Harri Truman Türkiyə və Yunanıstanın SSRİ təzyiqindən qurtulması üçün 1947-ci ilin 12 mart tarixində 400 milyon dollarlıq yardım edilməsi üçün Konqresdən səlahiyyət istədi.
5. 12 martda Mavriki respublikası milli bayramını qeyd edir. Əvvəllər Böyük Britaniya hakimiyyəti altında olan bu ölkə 1968-ci ilin 12 mart tarixində istiqlaliyyətini elan edərək suverenliyini qazanıb.
6. Türkiyədə siyasi böhran, tətil və tələbə aksiyalarıyla bağlı 1971-ci ilin 12 mart tarixində Türkiyə Silahlı Qüvvələri hökumətə niyyət protokolu verdi. Nəticədə dövrün baş naziri Süleyman Dəmirəl istefa etdi. 26 martda isə Nihad Erimin rəhbərliyilə İslahat Hökuməti quruldu.
7. 1985-ci ilin 12 martında erməni terror təşkilatı ASALA-nın üzvləri Türkiyənin Kanada Səfirliyinə silahlı basqın etdi. Hücumda səfir Coşqun Kırca yaralandı, kanadalı bir polis isə həyatını itirdi.
8. 12 mart 1992-ci ildə Azərbaycan ilə İran arasında diplomatik əlaqələr qurulub. İran Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb.
9. 2001-ci ilin bu günündə Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə imzalanıb.
12 martda həm də bu şəxsiyyətlər xatırlanır:
1. 12 mart 1737-ci ildə məşhur arxitektor, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
2. 12 mart 1946-cı ildə  Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli  anadan olub.
3. Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ilin bu günü anadan olub.Uşaqlıqda çoban, sonralar muzdur olan Nəbi kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşüb.1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.1897-ci ildə Şah Hüseyn və Kərbəlayi İman Qaçaq Nəbini xaincəsinə qətlə yetiriblər.Xalq öz qəhrəmanının şərəfinə dastanlar yaradıb, mahnılar qoşub.      
4. 12 mart 1906-cı ildə Xalq Şairi Süleyman Rüstəmin doğum günü (1906-1989). 1938-ci ildən sonra bütün çağırışlarda Azərbaycan SSR Ali Sovetinə deputat olub. Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru işləyib. “Cənub şeirləri” ilə daha çox tanınır.
5. 1933-cü ilin bu günündə Xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cabir Novruzun doğum günü (1933-2002). Xızı rayonunda anadan olan Cabir Novruz “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. Şeirlərinə bir çox populyar mahnılar bəstələnib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Mart 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri