Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır TƏHLİL

Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Azərbaycan Prezidenti İlham Əliyevin "Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində bildirdiyi kimi, "Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır".

Əlbəttə ki, son 21 il ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllində mühüm rol oynayıb. Azərbaycan Prezidentinin 21 illik ölkəyə rəhbərliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib. Müraciətdə qeyd olunduğu kimi: "Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və "yaşıl artım" ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir".

HÜQUQİ VƏ İQTİSADİ İNKİŞAF YOLUNDA MÖHKƏM TƏMƏL

Bildiyimiz kimi, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar olaraq 2025-ci il dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir Sənəddir. Müraciətdə qeyd olunduğu kimi, "Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir. Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri onun 73-cü maddəsində əks olunub: "qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur". Konstitusiyamızda vergilərə dair müəyyən edilmiş bu müddəa dövlətimizin maliyyə sabitliyinin və davamlı inkişafının təminatı olub, ölkəmizin hüquqi və iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır".

Azad edilmiş torpaqların dirçəlişi və reinteqrasiyası ümumilikdə ölkənin iqtisadi potensialının artmasına geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. Dövlət başçımız bu məqsədlərin reallaşdırılmasının təməlində dövlətin iqtisadi qüdrəti, gəlirləri, fiskal dayanıqlığının durduğunu bildirib: "Güclü maliyyə imkanlarının formalaşdırılmasına isə effektiv vergi sistemi töhfə verə bilər. Maliyyə imkanlarımızın ildən-ilə artması, büdcə gəlirlərimizin fiskal dayanıqlığı prosesində effektiv və proaktiv vergi siyasətinin həyata keçirilməsi olduqca vacibdir. Vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeni yanaşma və mexanizmlər iqtisadiyyatda şəffaflaşmanı keyfiyyətcə yeni bir mərhələyə qaldırıb. Bu gün vergi siyasəti həm aktiv iqtisadi tənzimləmə vasitəsi, həm də stimullaşdırıcı alətdir. Hazırda bütün fiskal yığımların əhəmiyyətli hissəsini məhz vergi orqanları təmin edir".

"ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜN VƏ SUVERENLİYİMİZİN TAM BƏRPASI İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN İQTİSADİ İNKİŞAFI ÜÇÜN MÖHKƏM TƏMƏL YARADIB"

Dövlət başcısı İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması həm də ölkəmizin əsas iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün olub.

Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meylləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu gün işğaldan azad olunan Şuşa, Zəngilan, Ağdam kimi ərazilərdə genişmiq¬yaslı bərpa-quruculuq işləri görülür və müasir tələblərə uyğun olaraq qurulur. Eyni zamanda, Kəlbəcər kimi ucqar rayonlar da diqqətdədən kənarda qalmayıb. Pilot layihələr kimi Kəlbəcər rayonunda arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərə lazımı şərait yaradılıb. Müharibədən dörd ildən artıq vaxt ötməsinə baxmayaraq, qətiyyətlə deyə bilərik ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Müraciətdə qeyd olunur ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb: "Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir. Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu var. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq".

VERGİ SİSTEMİNİN ÖLKƏMİZİN İNKİŞAFINDA MÜSTƏSNA ROLU

Bu gün ölkəmizdə sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradılıb. Müraciətdə o da qeyd olunur ki, sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır: "Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır. Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır və vergi işçiləri həm də dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiya yerinə yetirirlər. Vergi işçiləri yalnız büdcə gəlirlərinin təminatçısı deyil, həm də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçısıdırlar".

Vergi siyasəti iqtisadiyyatın səmərəliliyinə böyük təsir göstərir. Son illərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması və onların ümumi iqtisadiyyatda xüsusi çəkisinin yüksəlməsi diqqəti çəkir. Ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verir. Göründüyü kimi, ölkəmizdə aparılan islahatlar cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Ölkəmizin 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, biri-birindən əhəmiyyətli uğurlar əldə edir. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri