Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

BMT nin WUF13 ə dair məlumatlandırma sessiyası keçirildi Fotolar

BMT nin WUF13 ə dair məlumatlandırma sessiyası keçirildi Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, 2026-cı ilin 17-22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yemeru çıxış edib və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın videomüraciəti təqdim olunub.

Sessiyanın məqsədi WUF13 tədbirinin mahiyyəti və hazırlıq prosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verməkdir. 

WUF13-ün milli koordinatoru Anar Quliyev brifinq iştirakçılarını salamlayaraq, qlobal əhəmiyyətli forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksəksəviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib. O vurğulayıb: “WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək”.

Daha sonra UN-Habitatın icraçı direktoru xanım Anaklaudia Rossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə təşəkkürünü bildirib. O qeyd edib: “WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil”ə çıxışı təmin etmək öhdəliklərinin yeniləməsi üçün mühüm bir məqam olacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsası olan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruridir. Həmçinin bu tədbir “Yeni Şəhər Gündəliyi” sənədinin qəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeyd etmək, eyni zamanda, növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli bir fürsət olacaq”.

Tədbirdə iştirak edən diplomatların diqqətinə çatdırılıb ki, Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyat istiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Forumun  keçiriləcəyi Bakı Olimpiya Stadionunda WUF13 üçün müxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiq infrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. O həmçinin vurğulayıb ki, hazırlıq prosesində dayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri hərtərəfli nəzərə alınmaqla bütün əməliyyat istiqamətləri üzrə koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir. O bildirib: “Məqsədimiz Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır”.

Brifinqdə UN-Habitat-ın Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib. 

Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.

Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri