Boçorişvili: Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihələrə imza atmışıq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihələrə imza atmışıq və bu əməkdaşlıq Gürcüstanın Avropa ilə əlaqələrini daha da möhkəmləndirəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
M.Boçorişvili Qara dənizin Avropa İttifaqı ilə əlaqələri gücləndirdiyini və Gürcüstan üçün bu sahədəki əməkdaşlığın vacib olduğunu bildirib.
O, həmçinin Gürcüstanın öz milli maraqlarını qorumağa davam edəcəyini və regiondakı digər ölkələrlə əməkdaşlığın inkişafını vacib hesab etdiyini vurğulayıb.

Azərbaycanla Macarıstan səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək AZƏRTAC
17 Yanvar 2025 14:06
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji Sazişinə düzəliş Protokolu təsdiqlənib
09 Dekabr 2024 13:28
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə görüş keçirilib
12 Noyabr 2024 15:07

