Böyük Britaniya Ukraynalı qaçqınlara dəstəyi azaldır
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya hökuməti Ukraynalı qaçqınlara göstərilən dəstəyi tədricən azaldır.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məluamat görə, Britaniya hökuməti Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ukraynalılara səxavətli qəbul şəraiti yaratmışdı. Lakin indi bu dəstəyin bir hissəsi tədricən məhdudlaşdırılır.
Qeyd olunur ki, hökumət Ukraynalı qaçqınları Britaniya ailələri ilə birləşdirən "Ukrayna üçün evlər" proqramının maliyyələşdirilməsini azaldır. Hazırda Britaniya hökuməti ukraynalıları qəbul edən ailələrə aylıq 500 funt sterlinq ödəyir. Lakin apreldən etibarən bu məbləğ 350 funt sterlinqə endiriləcək.
Bundan əlavə, Britaniya hökuməti Ukraynalıların ölkəyə gəlişi üçün mövcud olan yolları məhdudlaşdırıb və qaçqınları qəbul etmək istəyən britaniyalılar üçün tələbləri sərtləşdirib.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















