Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Böyük müharibə yaxınlaşır 11 illik planın şifrələri açıldı: İnanılmaz Türkiyə detalı

Böyük müharibə yaxınlaşır 11 illik planın şifrələri açıldı: İnanılmaz Türkiyə detalı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron 2026-cı ilin yayından etibarən ölkədə 18 və 19 yaşlı gənclərdən ibarət könüllü hərbi xidmətin tətbiq ediləcəyini açıqlayıb. Məlumata görə, ilk ildə 2-3 min nəfərin könüllü orduya yollanması gözlənilir. Uzunmüddətli perspektivdə isə ildə 50 min nəfərin hərbi xidmətə cəlb olunması planlaşdırılır. O qeyd edib ki, “ciddi böhran vəziyyətində” parlament “könüllülərdən kənar əlavə resurslardan istifadəyə” icazə verə bilər.

“Biz hərbi xidmətə çağırış günlərini geri qaytara bilmərik, amma səfərbərliyə ehtiyacımız var. Gənclər azadlığa, fədakarlığa can atır. Vətən uğrunda ayağa qalxmağa hazır olan nəsil var”, – deyə prezident bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza Globalinfo.az-a açıqlamasında deyib ki, əgər Rusiya Ukraynaya qarşı müharibədə maksimalist məqsədlərinə çatsa, Prezident Vladimir Putin davam edəcək və nəticədə NATO üzvü olan Avropa ölkələrinə hücum etməyə çalışacaq. Beləliklə, bu, Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Fransa müharibəyə hazırlaşırmı? Avropa ölkələrinin ordularında vəziyyət necədir? 

Globalinfo.az-a danışan fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib ki, Fransa Rusiya hücumunun qarşısını almağa hazırlaşır:

“Bu, yeni bir şey deyil. Fransa 2014-cü ildən 2021-ci ilə qədər Ukraynaya ən böyük hərbi texnika təchizatçısı olub. “Scorpion” proqramı (elektron, proqram təminatı və indi zirehli texnika üçün süni intellekt) 2014-cü ildə, Rusiyanın Krımı və Donbasın bir hissəsini işğal etdiyi ildə başladı.

Ukraynaya qarşı təcavüzkar müharibə NATO avadanlıqlarının demək olar ki, hər sahədə texniki üstünlüyünü, eyni zamanda Rusiyanın rejimin süqutu olmadan bir milyondan çox əsgərini (öldürülmüş və əlil olmuş) itirməsilə özünü göstərdi. Avropa ordularının daha çox əsgərə ehtiyacı var. Fransada artilleriyanın sayı 2017-ci ildən 2021-ci ilə qədər yavaş-yavaş, 2022-ci ildən bəri sürətlə artıb. Nüvə başlıqlarının sayı artır. Amma bizə daha çox əsgər lazımdır. Əvvəlki tədbirlərin müəyyən nəticələri olsa da bizim daha çoxuna ehtiyacımız var və Emmanuel Makronun çıxışı bu baxımdan əhəmiyyətlidir”.

Maksim Quen

Politoloq qeyd edib ki, Avropada Fransa istisna olmaqla, yalnız Böyük Britaniya xaricdə qüvvələr yerləşdirmək üçün böyük potensiala malikdir və buna görə də könüllülər koalisiyasına (atəşkəs və ya sülh müqaviləsi bağlandıqda Rusiyanı çəkindirmək məqsədilə Ukraynada qoşun yerləşdirmək üçün) Fransa və Böyük Britaniya rəhbərlik edir:

“Lakin Britaniya nüvə qüvvələrinin hava komponentini yenidən qurmalıdır: Əgər yalnız nüvə sualtı qayıqlarınız varsa, bu, ya hər şey, ya da heç nə deməkdir. Fransa hava komponentini saxlayıb və nəticədə “son xəbərdarlıq” zərbəsi endirə bilir. İndi Polşa kimi ölkələrdə nüvə raketləri olan yeni “Rafale”lərin yerləşdirilməsi üçün müzakirələr aparılır.

Almaniya Litvada bütöv bir briqada yerləşdirib və bu, böyük nailiyyətdir, lakin Merz hökuməti (kansler Fridix Merz) büdcəni artırmalıdır: Onilliklər ərzində investisiyalar çox məhdud olub.

Polşa coğrafiyasını və tarixini nəzərə alaraq müdafiəsinə çoxlu sərmayə qoyub, amma NATO standartlarına tam cavab verən orduya keçidi başa çatdırmaq üçün hələ bir neçə il lazımdır.

İsveç bu böyüklükdə bir ölkə üçün müstəsna müdafiə sənayesi bazasına malikdir (tank əleyhinə silahlar, artilleriya, sualtı qayıqlar, qırıcı təyyarələr və sair), lakin 2010-cu illərə qədər hərbi xərclər kifayət qədər deyildi. İndi ölkə bu səhvi düzəltmək üçün çox çalışır. Məsələn, 2017-ci ildə hərbi çağırış yenidən tətbiq edilib.

Belçika quru ordusu “Scorpion” proqramı çərçivəsində getdikcə Fransa ordusu ilə inteqrasiya olunur”.

Fransalı politoloq hesab edir ki, Ukrayna ordusu ən müasir müharibələrdə unikal təcrübəyə və yalnız Türkiyə ordusu ilə müqayisə edilə bilən sayda əsgərə malikdir:

“Lakin döyüş təyyarələri çatışmır və bu, gələcəkdə İsveçin “Gripens” və Fransanın “Rafale” təyyarələrinin alınması üçün səbəb ola bilər. Türkiyə 1970-ci illərdə, hətta 2000-ci illərdən bəri müdafiə sənayesini daha çox inkişaf etdirib, lakin hələlik ən yüksək texnologiyaları əhatə etmir. Prezident Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında bu yaxınlarda baş verən səmimi söhbətin (cənab Ərdoğan müzakirədən məmnun qaldı), eləcə də müdafiə sahəsində Türkiyə-İtaliya yaxınlaşmasının səbəbi də budur. Məqsəd, Ukraynadakı Amerika “Patriot” sistemindən daha səmərəli olduğu sübuta yetirilən və “yer-yer” tipli ballistik raketlərinə qarşı yeni Aster B1 NT sursatına malik olacaq SAMP/T Fransa-İtaliya hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş versiyasını hazırlamaqdır.

Avropanın digər prioriteti isə A400 hərbi nəqliyyat təyyarəsinin (Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, Türkiyə, Belçika və Lüksemburqun birgə istehsalı) bombardmançı versiyasının hazırlanmasıdır”.

Maksim Quen bildirib ki, Rusiya zirehli texnikasının, artilleriyasının əksəriyyətini itirib və iqtisadiyyatı getdikcə daha böyük çətinliklərlə üzləşir:

“Baltikyanı ölkələrdə Polşanın əhalisi və müdafiə sahəsindəki strateji dərinliyi yoxdur, amma Avropa yenidən silahlanmağa davam edərsə, xüsusən də zəifləmiş Rusiya qarşısında bu zəifliklər kompensasiya ediləcək”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see242

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see225

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see166

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri