Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 may, AZƏRTAC
İngiltərənin "Fulhem" komandasının oyunçusu Villian Premyer Liqada rekorda imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi Canubi Amerikadan olan futbolçular arasında İngiltərə çempionatında oyun sayına görə (326) birinci olub. O, bunu “Aston Villa”ya 0:1 hesabı ilə uduzduqları matçda meydana çıxmaqla reallaşdırıb. Braziliya millisinin sabiq üzvü bu göstəricidə 2006-2019-cu illərdə "Uiqan" və "Mançester Yunayted"in heyətində Premyer Liqada 325 görüş keçirən ekvadorlu Antonio Valensiyanı qabaqlayıb.
Qeyd edək ki, Villian İngiltərədə “Çelsi” və “Arsenal” klublarının da formasını geyinib.

Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atıb
05 Dekabr 2024 10:05
Kol Palmer İngiltərə Premyer Liqasında rekorda imza atıb
09 Dekabr 2024 14:56
Liverpul İngiltərə Premyer Liqasında antirekorda imza atıb
07 Aprel 2025 10:41
İngiltərə Premyer Liqasında yenilik
27 Mart 2025 20:26
Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilkə imza atıb
13 Fevral 2025 10:41

