Icma.az
close
up
RU
Britni Spirs son nikahı haqqında gözlənilməz etiraf etdi

Britni Spirs son nikahı haqqında gözlənilməz etiraf etdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı müğənni Britni Spirs emosional paylaşım edərək, övladlarından ayrı düşdüyü ən çətin illəri yada salıb.

Qaynarinfo-nun məlumatına görə, o, "Instagram" hesabında yazıb ki, üç il ərzində oğlanları ilə zəng və mesajlaşmadan tamamilə məhrum olub. Bu dövrü yalnız inkar və göz yaşları ilə keçirdiyini bildirib. 

Müğənni həmçinin fitnes-məşqçi Sem Asgeri ilə nikahına toxunaraq, onun "saxta bir yayındırma" olduğunu və itki ilə mübarizə aparmaq üçün bir vasitə kimi göründüyünü vurğulayıb.

Hazırda Britni özünü sağalma prosesində hiss etdiyini, həmçinin bədəninə və həyatına yenidən nəzarəti qaytardığını qeyd edib:

"Yenidən uşaq kimi aclıq hissi keçirirəm. Yemək yeyəndə sanki bunu həyatımda ilk dəfə edirəm... Evimi sevirdim, amma orada həddən artıq ağrı və travma vardı".

Bu gönderiyi Instagram'da gör

XILA MARIA RIVER RED (@britneyspears)'in paylaştığı bir gönderi

Britni və Sem Asgeri 2016-cı ildə müğənninin "Slumber Party" klipinin çəkilişində tanış olublar. Cütlük 2021-ci ilin sentyabrında nişanlanıb, 9 iyun 2022-ci ildə – Spirsin üzərindəki qəyyumluq ləğv olunduqdan bir ay sonra evləniblər.

14 aylıq nikahdan sonra, 2023-cü ilin avqustunda Asgeri "barışmaz fikir ayrılıqları" səbəbi ilə boşanma üçün müraciət edib. 2 dekabr 2024-cü ildə boşanma rəsmən təsdiqlənib. Sem nikahı "nemət" adlandırıb və onların hərəsinin öz yoluna davam etdiyini bildirib.

"Pop musiqisinin şahzadəsi" adlandırılan amerikalı müğənni 1990-cı illərin sonu – 2000-ci illərin əvvəlində "Baby One More Time" və "Oops!… I Did It Again" kimi hitlərlə dünya şöhrəti qazanaraq öz nəslinin ən uğurlu ifaçılarından biri olub. Lakin onun karyerası və şəxsi həyatı daim qalmaqallarla müşayiət olunub. 2007-ci ildə Britni əsəb pozuntusu yaşayaraq iki oğlunun qəyyumluğunu itirib və uzun illər atasının – Ceymi Spirsin nəzarəti altında qalıb. Yalnız 2021-ci ildə bu qəyyumluq ləğv olunub.

Azadlığa çıxmasına baxmayaraq, müğənninin davranışları hələ də pərəstişkarlarının narahatlığına səbəb olur. Britni tez-tez sosial şəbəkələrdə qəribə, nizamsız və ya həddən artıq açıq paylaşımlar edir. Bu isə onun psixi vəziyyəti barədə müxtəlif şayiələr yaradır. Lakin müğənni özü bəyan edir ki, nəhayət, azad şəkildə və öz istəklərinə uyğun yaşayır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Avqust 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri