Icma.az
close
up
RU
Bu, ABŞ ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər... TƏHLİL

Bu, ABŞ ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər... TƏHLİL

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə toxunduğu əsas mövzulardan biri də illərdir ABŞ–Azərbaycan münasibətlərinə təsir göstərən 907-ci düzəliş oldu.

Dövlətimizin başçısı ABŞ-da fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin təsiri nəticəsində qəbul edilən bu düzəlişin Vaşinqtonla Bakı arasında genişmiqyaslı münasibətlərin qurulmasına uzun illər maneə yaratdığını qeyd etdi. Prezident artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğuladı.

“Bunun, təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan–Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi isə Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir – Prezident başda olmaq şərti ilə”, – deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev özünün də iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın 907-ci düzəlişə son qoymasının rəmzi məna daşıdığını da ifadə edib.

Ümumiyyətlə, 907-ci düzəliş 1992-ci ilin oktyabrında, Əbülfəz Elçibəyin prezidentliyi dövründə ABŞ Konqresi tərəfindən qəbul edilib, bununla da Azərbaycana birbaşa dövlət yardımı qadağan olunub. Düzəlişin qəbulunda keçmiş dövlət katibi Con Kerri, konqresmen Veyn Ovens və keçmiş prezident Co Bayden fəal rol oynayıblar və sənəd 1993-cü ildən tətbiq olunmağa başlayıb. Təəssüf ki, dövrün Azərbaycan hakimiyyətinin təcrübəsiz və uzaqgörənlikdən məhrum addımları erməni lobbisinin işinə yaradı və yuxarıda adı çəkilən şəxslərin təsiri ilə 907-ci düzəliş qəbul edildi. Doğrudur, 2002-ci ildən etibarən müvəqqəti olaraq dondurulan bu düzəliş Bayden administrasiyası dövründə yenidən tətbiq olundu.

Prezident İlham Əliyevin gündəmində hazırda bu məsələnin prioritet təşkil etdiyini demək olar. Xüsusilə indiki şərtlər və reallıqlar dəyişib. Ölkə başçısı bu reallıqları dəqiq oxuyur və hesab edirəm ki, lazım olan addımları atır. Düzdür, yenə də 907-ci düzəlişin tam ləğvi olduqca çətin prosesdir, lakin bu məsələdə müsbət nəticənin əldə ediləcəyinə inanıram.

Ümumilikdə, ABŞ üçün dəyişməz olan yeganə prinsip milli maraqlardır. Ağ Evin xarici siyasətində dövlətlər və liderlər dost və ya düşmən kateqoriyalarına görə deyil, maraqlar kontekstində dəyərləndirilir. Bu maraqlar dəyişdikcə münasibətlər də dəyişir. Məsələn, Bayden administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərində ciddi soyuqluq müşahidə olunurdu, Tramp dönəmində isə bu münasibətlər xeyli yaxşılaşmışdı.

ABŞ-la münasibətləri balanslı şəkildə saxlamaq, maraqlar çərçivəsində qarşılıqlı əlaqələr formalaşdırmaq yüksək siyasi bacarıq, diplomatik çeviklik və uzaqgörənlik tələb edir. Bunu isə tarixdə çox az sayda lider və ölkə bacarıb. Prezident İlham Əliyev hazırda bunu bacaran nadir liderlərdəndir. Onun Donald Tramp ilə müsbət əlaqələri var. Ölkə başçısı ABŞ lideri münasibətləri qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan əlaqələr kimi qiymətləndirir. Hesab edirəm ki, hər iki lider beynəlxalq münasibətlərdə açıq mövqeyi, iqtisadi maraqlara üstünlük verən siyasəti və enerji təhlükəsizliyi məsələlərinə realist yanaşması ilə seçilir. Məhz bunun nəticəsi olaraq, 907-ci düzəlişin tam ləğvi gələcək perspektivdə bizi gözləyən uğurlardan biri ola bilər.

907-ci düzəlişin aradan qaldırılması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi və təhlükəsizlik baxımından bir sıra mühüm müsbət nəticələr vəd edir. Bu addım ilk növbədə ABŞ–Azərbaycan münasibətlərində uzun illər mövcud olmuş hüquqi və siyasi məhdudiyyətlərin aradan qalxması deməkdir. Nəticədə ikitərəfli əməkdaşlıq daha bərabərhüquqlu və institusional əsasda inkişaf edə bilər.

Düzəlişin ləğvi ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsinə tam hüquqi imkan yaradar. Bu isə xüsusilə təhlükəsizlik, sərhədlərin mühafizəsi, terrorla mübarizə, enerji infrastrukturlarının qorunması və hərbi-texniki əməkdaşlıq sahələrində yeni imkanlar yaradar. ABŞ-ın bu istiqamətlərdə dəstəyi Azərbaycanın regional təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verə bilər.

Eyni zamanda, 907-ci düzəlişin aradan qaldırılması Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərər. Bu, Vaşinqtonun Bakıya münasibətdə daha balanslı və ədalətli mövqe tutduğunu nümayiş etdirər, ölkənin etibarlı tərəfdaş statusunu gücləndirər. Belə bir qərar ABŞ şirkətləri üçün də Azərbaycanda investisiya mühitini daha cəlbedici edər, xüsusilə enerji, nəqliyyat, yaşıl enerji və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradar.

Bundan əlavə, düzəlişin ləğvi regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda ABŞ-ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər. Beləliklə Azərbaycanın regional layihələrdə, o cümlədən enerji və nəqliyyat dəhlizlərində mövqeyi daha da möhkəmlənər, ölkənin beynəlxalq təsir imkanlarını artırar.

Turan Rzayerv

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri