Icma.az
close
up
RU
Bu, Azərbaycana riskləri azaltmağa kömək edəcək Moody s

Bu, Azərbaycana riskləri azaltmağa kömək edəcək Moody s

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bərpa olunan enerjinin regional axınının artması Azərbaycana enerji keçidi ilə bağlı riskləri yumşaltmağa kömək edə bilər.

Globalinfo.az bildirir ki, bu barədə “Report” “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

“Regional ticarətin artması, əlaqələrin yaxşılaşdırılması və enerji sektorunda davam edən islahatlar günəş və külək enerjisinə investisiyaların cəlb edilməsi üçün yeni imkanlar açır. Bu, enerji təhlükəsizliyini artırmağa və sosial riskləri azaltmağa imkan verəcək. Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi karbohidrogen istehsalçısı ölkələri üçün bərpa olunan enerjinin istifadəsinin genişləndirilməsi daha təmiz enerji mənbələrinin sürətləndirilmiş tətbiqinin amili olacaq”, – hesabatda bildirilib.

“Moody’s” qeyd edir ki, elektrik enerjisi istehsalı üzrə məhdud güclər regionu əlaqələrin gücləndirilməsinə və bərpa olunan enerjinin potensialının inkişafına, xüsusilə də şimalda külək enerjisindən və cənubda günəş enerjisindən istifadəyə sövq edir.

Həmçinin oxuyun:

Maşın almaq istəyənlər mütləq oxusun: İlin sonuna qədər…

“Hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistanda sərhədlərarası elektrik enerjisi ticarətinə kömək edəcək Xəzər “yaşıl enerji” dəhlizinin yaradılması üzrə hökumətlərarası planlar həyata keçirilir. Paralel olaraq, regionun bir çox ölkələri rəqabətli bazarların formalaşdırılmasına və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş enerji islahatları aparır”, – hesabatda vurğulanıb.

“Moody’s”in qiymətləndirməsinə görə, Azərbaycan və Özbəkistan bərpa olunan enerji sahəsində regional liderlərə çevrilirlər.

Mərkəzi Asiya və Qafqazda regiondaxili ticarətin artması enerji əlaqələrinin gücləndirilməsi üçün əhəmiyyətli potensialı vurğulayır. Lakin bu sahədə məhdud imkanlar və enerji resurslarının kifayət qədər şaxələndirilməməsi regionun elektrik enerjisinə artan tələbatı ödəmək qabiliyyətini məhdudlaşdırır.

“Məsələn, Ermənistan əsas qaz təchizatçısı olan Rusiya ilə münasibətlərin pisləşməsindən sonra enerji islahatlarını sürətləndirmək və təchizatı şaxələndirmək məcburiyyətində qalıb”, – hesabatda vurğulanıb.

Asiya İnkişaf Bankının və hökumət mənbələrinin qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər Qafqaz və  Mərkəzi Asiya ölkələrində – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda enerji tələbatı 43 % artaraq təxminən 134 milyon ton neft ekvivalentinə (2020-ci ildə 94 milyon ton) çatacaq. İstehlakın sürətli artmasına baxmayaraq, region hələ də qalıq yanacaqlardan asılı olaraq qalır, karbohidrogenlər elektrik enerjisi istehsalı strukturunda təxminən 75 % təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri