Icma.az
close
up
RU
Bu balıqları qətiyyən yeməyin RİSK XƏBƏRDARLIĞI KONKRET

Bu balıqları qətiyyən yeməyin RİSK XƏBƏRDARLIĞI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İllərdir balıq sağlam qida hesab olunur. Ürək-damar sistemi üçün faydası, beynin inkişafına dəstəyi və orqanizm üçün vacib olan omeqa-3 yağ turşularının əsas mənbəyi kimi tanınır. Lakin son illər civə çirklənməsi ilə bağlı narahatlıqlar artıb.

Belə olan halda “balıq yemək sağlamdır” ifadəsi hələ də doğrudurmu?

Qida məsələləri üzrə ekspert Asim Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, balıq yüksək keyfiyyətli zülal, D vitamini, yod, selen və omeqa-3 yağ turşuları ilə zəngindir:

Asim Vəliyev

“Xüsusilə, omeqa-3 beynin, gözlərin və sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmazdır. Həftədə 2-3 dəfə balıq yemək ürək-damar xəstəlikləri riskini azaldır, qan təzyiqini tənzimləyir, beyinin yaşlanma prosesini ləngidir, hamilə qadınlarda dölün beyin inkişafına müsbət təsir göstərir.”

Ekspertin sözlərinə görə, problem civə çirklənməsi ilə bağlıdır:

“Civə təbiətdə olan bir metaldır, lakin sənaye tullantıları vasitəsilə dənizlərə və çaylara qarışdıqda, bakteriyalar tərəfindən “metilcivə” adlı daha zəhərli formaya çevrilir. Bu maddə balıqların orqanizmində yığılır. Kiçik balıqlarda civə az olur, amma böyük yırtıcı balıqlar onları yedikcə civə miqdarı artır. Bu prosesə bioakkumulyasiya deyilir.”

Asim Vəliyev vurğulayıb ki, metilcivə sinir sisteminə, xüsusilə uşaqlarda və hamilə qadınlarda beyin və sinir hüceyrələrinin inkişafına mənfi təsir göstərə bilər:

“Uzunmüddətli və çox miqdarda qəbul yaddaş pozuntusu, diqqət problemləri kimi simptomlara səbəb olur. Buna görə hamilə qadınlar və uşaqlar civə riski az olan balıqları seçməlidir.”

Ekspert qeyd edib ki, balığı tamamilə menyudan çıxarmaq düzgün deyil, sadəcə miqdara və növə diqqət yetirmək lazımdır:

“Balığı hər gün yemək vacib deyil. Omeqa-3 yağ turşularını çia toxumu, kətan yağı və qoz kimi bitki mənbələrindən də almaq mümkündür, amma onların təsiri balıqla müqayisədə bir qədər zəif olur.”

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri