Bu ərazidə işıq olmayacaq
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bu ərazidə işıq olmayacaq
24 Noyabr 2024 19:49

