Bu, eşitmə qabiliyyətinin azalmasına səbəb OLUR
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qulaqlarda yaranan kükürd tıxacları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə otorinolarinqoloq İvan Kalmykov "pnamo" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, kükürd tıxacları eşitmə qabiliyyətinin azalmasına gətirib çıxarır və bu da insanın ən vacib hiss orqanlarından birinin funksiyasını pozur. O bildirib ki, kükürd tıxacının xarici eşitmə yolunda uzun müddət qalması xarici otitin (qulaq iltihabının) inkişafına səbəb ola bilər.
Kalmykov qeyd edib ki, qulaqları pambıq çubuqlarla təmizləmək kükürd tıxaclarının yaranmasını sürətləndirə bilər. Bundan əlavə, bu vərdiş qulaq keçəcəyinin zədələnməsinə də yol aça bilər.
Həkim əlavə edib ki, əgər artıq kükürd tıxacı formalaşıbsa, mütləq otorinolarinqoloqa müraciət etmək lazımdır. Mütəxəssis tıxacı xüsusi alətlə və ya yuma üsulu ilə təhlükəsiz şəkildə aradan qaldırır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 13 Fevral 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















