Bu gün “Araz Naxçıvan” “Neftçi”ni, “Kəpəz” isə “Qarabağ”ı qəbul edəcək
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Premyer Liqasının XII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, günün ilk matçında saat 14:30-da “Araz-Naxçıvan” Şamaxıda “Neftçi”ni qəbul edəcək. Son 8 oyunda məğlub olmayan paytaxt təmsilçisi 24 xalla ikinci, qələbə qazana bilməyən Naxçıvan klubu isə 4 xalla sonuncu pillədə qərarlaşıb.
Saat 17:00-da isə “Kəpəz” Gəncədə “Qarabağ”la qarşılaşacaq. Ağdam klubu son 4 matçda qələbə qazana bilməyib və son 3 görüşdə qol vurmayıb. “Kəpəz” isə son iki qarşılaşmada rəqibini məğlub edib.
Turnir cədvəlində “Qarabağ” 19 xalla beşinci, “Kəpəz” 17 xalla altıncıdır.
Qeyd edək ki, XII turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”ı (5:1), “Turan Tovuz” “Şamaxı”nı (2:0), “Qəbələ” “Şəfa”nı (2:0) məğlub edib. “İmişli” – “Zirə” matçı isə 2:2 hesabı ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:“Kəpəz” “Araz Naxçıvan”ı, “Neftçi” “Zirə”ni qəbul edir
13 Aprel 2025 08:00
“Kəpəz” “Neftçi”ni, “Araz Naxçıvan” “Sumqayıt”ı qəbul edir
15 Fevral 2026 08:07
Premyer Liqa: Araz Naxçıvan Qarabağ ı, Sumqayıt Neftçi ni qəbul edəcək
21 Sentyabr 2025 09:49
Qarabağ Araz Naxçıvan ı, Şamaxı İmişli ni qəbul edəcək
08 Mart 2026 09:29
“Səbail” “Qarabağ”ı, “Araz Naxçıvan” “Zirə”ni qəbul edir
06 Fevral 2025 07:55
Baxış sayı:118
Bu xəbər 22 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















