Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Bu gün qlobal inkişafın əsas siyasi məsələlərində ABŞ və Azərbaycan bir çox cəhətdən oxşar mövqelərdən çıxış edirlər ŞƏRH

Bu gün qlobal inkişafın əsas siyasi məsələlərində ABŞ və Azərbaycan bir çox cəhətdən oxşar mövqelərdən çıxış edirlər ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanın uğurlarının və diplomatik qələbələrinin açarı ondan ibarətdir ki, ölkə xarici siyasət məqsədlərinə çatmaq üçün diplomatiyadan sadəcə bir vasitə kimi deyil, səmərəli mexanizm və strategiya kimi də istifadə edir. Azərbaycan öz maraqlarının müdafiəsini regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə məharətlə birləşdirir, həmçinin Cənubi Qafqazda güc balansında fəaliyyət göstərən qlobal oyunçuların maraqlarını müdafiə edir. Belə hərtərəfli və balanslaşdırılmış diplomatiya ölkəmizə öz təsirini inamla möhkəmləndirməyə və regionda əsas rol oynamağa imkan verir.

Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycan özünəməxsus diplomatik konsepsiyasını daha bariz nümayiş etdirir: “Bu diplomatik qələbələr silsiləsi fikrimcə, hələ 2020-ci ildən əvvəl başlayıb, lakin məhz bu dövrdən sonra dünya Azərbaycan diplomatiyasının həm uğurlarını, həm də mükəmməlliyini həqiqətən də tanıdı. Bu, ondan ibarətdir ki, Azərbaycan xarici siyasətdə nəinki məqsədlərinə çatmaq və öz maraqlarını qorumaq üçün alət və strategiyalardan istifadə edir, onları səfərbər edir, həm də bu prosesdə regionda təhlükəsizliyin möhkəmləndirilməsini, eləcə də Cənubi Qafqazda mövcud qlobal oyunçuların maraqlarını nəzərə alır.

Dövlətimizin başçısının ABŞ-a səfərinə və səfərin gündəliyinə gəlincə, qeyd etmək lazımdır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl diplomatik bacarığının növbəti nümayişidir. Belə ki, Şuşada keçirilən Qlobal Media Forumu zamanı dövlətimizin başçısı mühüm siyasi gediş etdi: o, öz çıxışında Donald Trampın ABŞ-ın müasir tarixində müharibələrə başlamayan, əksinə, müharibələri dayandırmağa çalışan yeganə prezident olduğunu vurğuladı. İlham Əliyevin bu jesti xoşməramlılıq siqnalına çevrildi və Amerika liderinin qarşılıqlı addım atmasına, iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə səbəb oldu. Bu kontekstdə dövlətimizin başçısının ABŞ-a səfəri xüsusi əhəmiyyət kəsb edir – bunu 30 ilə yaxın davam edən münaqişənin yekununda sülh müqaviləsinin imzalanması istiqamətində əsas mərhələ hesab etmək olar”.

Yeganə Hacıyeva qeyd edib ki, bu səfər regionda təhlükəsizlik maraqlarını və ikitərəfli əlaqələrin inkişafını nəzərə alsaq, ABŞ və Azərbaycan arasında strateji münasibətləri gücləndirirəcək. Bu, şübhəsiz ki, Azərbaycan-ABŞ münasibətlərində son onilliklərin ən mühüm görüşlərindən və səfərlərindən biridir.

Dünyada geosiyasi vəziyyət əsaslı şəkildə dəyişir, yeni dünya düzəni formalaşır. Bu transformasiyaların tərkib hissəsi kimi strateji tərəfdaşlıq anlayışları da dəyişir - bu cür münasibətlərin klassik sistemi artıq müasir reallıqlara cavab vermir. Buna görə də, bu münasibətlərin yenilənməsinə, müasir dünyanın çağırışlarına effektiv şəkildə cavab verə biləcək yeni, daha çevik və uyğunlaşdırılmış tərəfdaşlıq sisteminin yaradılmasına böyük ehtiyac var.

“Hazırda strateji tərəfdaşlıq meyarları ayrı-ayrı ölkələrin siyasi ehtiyacları və daxili siyasi konyukturaları əsasında formalaşır. Bu gün yeni strateji tərəfdaşlıq sisteminin qurulduğu əsasları Azərbaycan və ABŞ-ın siyasi maraqları və ehtiyacları müəyyən edir. Bu sistem şübhəsiz ki, iki dövlət arasında münasibətləri yeni, daha yüksək əməkdaşlıq səviyyəsinə çıxaracaq”, - deyən Yeganə Hacıyeva bildirib ki, bu gün qlobal inkişafın əsas siyasi məsələlərində ABŞ və Azərbaycan bir çox cəhətdən oxşar mövqelərdən çıxış edirlər. Bir sıra münaqişələrdə və müxtəlif regionlarda baxışlarımız üst-üstə düşür və bu, əlbəttə ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq üçün yeni meyarların hazırlanmasına müsbət təkan yaradır.

“Vurğulamaq istədiyim digər vacib cəhət bu səfərin iqtisadi komponentidir. Strateji tərəfdaşlığın iqtisadi ölçüsü də çox əhəmiyyət kəsb edir. Ötən gün Vaşinqtonda Azərbaycan dövlətinin başçısı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” ölkələr arasında iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyinə və inteqrasiya olunacağına dəlalət edir. Bu, şübhəsiz ki, yeni əməkdaşlıq sisteminin qurulmasına güclü təkan verəcək müsbət amildir”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri