“Bu ixrac əlavə valyuta gəliri və neft məhsullarının satış bazarlarının şaxələndirilməsi deməkdir ŞƏRH
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi iqtisadi baxımdan rasional ticarət qərarıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı bildirib.
O deyib ki, enerji məhsulları strateji əmtəə olsa da, bazar mexanizmləri çərçivəsində satılır və burada əsas meyar kommersiya maraqlarıdır:
“Azərbaycan üçün bu ixrac əlavə valyuta gəliri və neft məhsullarının satış bazarlarının şaxələndirilməsi deməkdir. Bu ticarət siyasi münasibətlərdən asılı olmayaraq, iqtisadi reallıqların ön plana çıxdığını göstərir. Ermənistan enerji baxımından idxaldan asılı ölkədir. Daha yaxın, logistika baxımından sərfəli mənbədən yanacaq almaq onun üçün xərclərin azalması deməkdir. Bu isə inflyasiya təzyiqlərinin müəyyən qədər yumşaldılmasına da təsir göstərə bilər”.
O bildirib ki, belə ticarət əlaqələri uzunmüddətli perspektivdə iki ölkə arasında iqtisadi münasibətlərin formalaşmasına zəmin yarada bilər:
“İqtisadi əlaqələr artdıqca, risklərin və gərginliyin iqtisadi dəyəri yüksəlir ki, bu da tərəfləri daha praqmatik davranmağa sövq edir. Bu mərhələdə söhbət hələlik genişmiqyaslı iqtisadi əməkdaşlıqdan getmir. Bu daha çox məhdud və ehtiyac əsaslı ticarətdir. Lakin presedent olaraq əhəmiyyətlidir və gələcəkdə digər sahələrdə də iqtisadi əlaqələrin qurulması üçün zəmin yarada bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Formula 1 ölkə iqtisadiyyatına əlavə valyuta axını deməkdir ŞƏRH EDİLDİ
08 Sentyabr 2025 11:43
İqtisadiyyatın şaxələndirilməsi, düşünülmüş siyasət...
09 Yanvar 2025 09:15
“D 8 ə üzvlük Azərbaycanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi deməkdir” POLİTOLOQ DANIŞDI
07 Yanvar 2026 15:00
Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib
25 İyun 2025 16:46
Yeni təkliflər və əlavə imkanlar ŞƏRH
07 İyul 2025 09:59
Baxış sayı:61
Bu xəbər 12 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları