Bu küçədə hər gün xaos yaşanır Zolaq və səki zəbt olunur VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində dayanma-durma qaydalarını pozan sürücülər lentə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın WhatsApp ünvanına video göndərərək məlumat verib.
Kadrlardan görünür ki, 77-PE-992 dövlət nömrə nişanlı “Hyundai” markalı, 77-VR-756 dövlət nömrə nişanlı “Changan” markalı, 77-UJ-047 dövlət nömrə nişanlı “Hyundai” markalı, 99-QY-936 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini ikinci zolaqda park ediblər. 77-BV-570 dövlət nömrə nişanlı “Opel” markalı və 77-PY-706 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillərin sürücüləri isə maşınlarını səkiyə çıxararaq, “Dayanma-durma qadağandır” nişanının təsir dairəsində saxlayıblar.
Şikayətçi bildirir ki, sözügedən ərazidə demək olar ki, hər gün eyni vəziyyət müşahidə olunur. Onun sözlərinə görə, yaxınlıqda məktəbin yerləşməsi səbəbindən qayda pozanların böyük hissəsi övladlarını məktəbdən götürməyə gələn valideynlərdir. Bu isə küçədə süni sıxlıq yaradır, hərəkəti çətinləşdirir və piyadaların səki ilə təhlükəsiz keçidinə ciddi maneə törədir.
Nərmin
Oxunub 220
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















