Icma.az
close
up
RU
Bu maşınlar ucuzlaşacaq

Bu maşınlar ucuzlaşacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Qışın gəlişi ilə avtomobil bazarında alqı-satqı tempi dəyişir.

Hava şəraitinin pisləşməsi, soyuqlar və ilin sonunun gəlməsi bəzi maşın modellərinə olan tələbatı azaldır. Nəticədə, satıcılar maşını əldə saxlamamaq üçün qiyməti aşağı salmağa məcbur olurlar.

Qışda ilk növbədə arxa çəkən (arxa ötürücülü) maşınlar ucuzlaşır. Xüsusilə köhnə model "BMW 3" və "5" seriyaları, eləcə də "Mercedes C-Class" və "E-Class" kimi avtomobillər qar və buzlu havada çətin idarə olunduğu üçün alıcıların gözündən düşür. Şaxtalı havalarda bu maşınları sürmək riskli sayıldığından, satıcılar qiymətdə ciddi güzəştə gedirlər.

İkinci növbədə, bazarda həddən artıq çox olan köhnə hibrid və kompakt maşınların qiyməti aşağı enir. "Toyota Prius", "Ford Fusion" və "Chevrolet Cruze" kimi modellər ikinci əl bazarında bol olduğu üçün rəqabət yüksəkdir. Üstəlik, soyuq havalarda hibrid maşınların batareyaları daha tez zəifləyir və yanacaq işlətməsi artır. Bu da alıcıların tərəddüd etməsinə və qiymətlərin düşməsinə səbəb olur. 

Daha bir ucuzlaşan qrup isə mühərriki böyük və ili köhnə olan maşınlardır. Qışda maşını qızdırmaq və sürmək daha çox benzin tələb edir. Yanacaq xərci yüksək olan köhnə maşınları saxlamaq sürücünün cibinə ziyan vurduğu üçün insanlar bu modelləri almağa həvəs göstərmirlər.

Eyni zamanda, ilin sonuna doğru yeni maşın salonları keçən ilin modellərini satıb qurtarmaq üçün müxtəlif endirim kampaniyaları edirlər. Bu da ikinci əl maşın satanları qiyməti endirməyə vadar edir.

Qısası, qışda dörd çəkən (4x4) uca maşınlar və cip modelləri bahalaşsa da, arxa çəkən sedanlar, köhnə hibridlər və çox benzin işlədən maşınlar ucuzlaşır. Avtomobil almaq istəyənlər üçün qış ayları bu maşınları daha sərfəli qiymətə tapmaq imkanı yaradır. (yenisabah)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see224

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see224

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see223

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see212

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see186

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see185

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see179

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see171

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see170

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see168

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see167

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri