Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir
Icma.az bildirir, Modern.az portalına istinadən.
Danimarkanın baş komandanı Mikael Huldqor müharibə vəziyyətində 180 000 nəfərə qədər ehtiyatda olan hərbçinin çağırılmasına imkan verəcək yeni səfərbərlik kontigenti yaratmağı təklif edib.
Modern.az xəbər verir ki, bu barədə Danimarkanın DR teleradio şirkəti ölkənin Müdafiə Nazirliyinin məxfi sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, təşəbbüs yeni səfərbərlik ehtiyatı sistemi yaratmağı təklif edən Silahlı Qüvvələrin baş komandanı Mikael Huldqordun tövsiyələri ilə dəstəklənir.
Plana əsasən, ehtiyat hərbçilər iki hissəyə bölünəcək: hərbi xidməti başa vurduqdan sonra 10 il ərzində çağırışçılar əməliyyat ehtiyatında qalacaq, təlim və bacarıqların təkmilləşdirilməsi üçün yenidən çağırıla biləcəklər, bundan sonra onlar 65 yaşına çatana qədər uzunmüddətli ehtiyata keçiriləcəklər.
Danimarka Müdafiə Nazirliyinin hesablamalarına görə, yeni sistemin tətbiqi ilə ölkə 2040-cı ilə qədər təxminən 40 000 hərbi qulluqçudan ibarət ehtiyat kontingent yarada biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 31 May 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















