Bu ölkəyə gedənlərə YÜKSƏK MƏBLƏĞDƏ ÖDƏNİŞ VERİLƏCƏK
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tayvan hökuməti xarici turistləri cəlb etmək üçün yeni təşviq proqramına start verir.
Avtosfer.az xəbər verir ki, ölkəyə səfər edən qonaqlara 250 dollara qədər maliyyə dəstəyi təqdim olunacaq.
Tayvanın Turizm Departamenti daimi xarici turistlər üçün 8 min yeni Tayvan dollarına ( 253 dollar) qədər təşviq ödənişi nəzərdə tutan proqram elan edib.
Məlumata görə, güzəştlər bütün xarici turistlərə şamil ediləcək. Bundan əlavə, adaya dost və ya ailə üzvlərini də gətirən turistlər əlavə 3 min yeni Tayvan dolları əldə edəcəklər.
Statistikaya əsasən, Tayvanda turizm axını artmaqda davam edir. Bu ilin ilk rübündə adanı 3 milyon xarici turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Tayvana ən çox səfər edənlər isə yapon turistlərdir. Təkcə 2025-ci ildə adaya 1,48 milyon yaponiyalı səfər edib./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 İyun 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















