Bu qidalar böyrək daşı yaradır
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Araşdırmalara görə mütəxəssislər bəzi qidaların böyrək daşlarına səbəb olduğunu aşkar ediblər.
Axşam.az xəbər verir ki, böyrək daşlarına səbəb olan qidaları gündəlik qida rasionundan çıxarmaq lazımdır. Bəs, hansı qidalar böyrək daşlarına səbəb olur?
Oskalat turşusu: Oksalat böyrək daşlarının əsas komponentlərindən biridir. Oksalatla zəngin qidalar daş əmələ gəlməsi riskini artıra bilər. Məsələn, ispanaq, çuğundur, kakao və şokolad kimi qidalarda yüksək miqdarda oksalat ola bilər.
Heyvan zülallı qidalar: Həddindən artıq heyvan zülalının qəbulu sidikdə kalsium, sidik turşusu və oksalat səviyyəsini artıra bilər. Bu, böyrək daşı əmələ gəlməsi riskini artırır.
Duz: Yüksək duzlu pəhriz sidikdə kalsium səviyyəsini artıra və böyrək daşı əmələ gəlməsini təşviq edə bilər.
Şəkərli içkilər: Yüksək fruktoza tərkibinə görə sidik turşusu səviyyəsini artıra və böyrək daşları riskini artıra bilər.
Vitamin C: Həddindən artıq C vitamini qəbulu sidikdə oksalat yığılmasını artırır. Bu da böyrək daşı yaranmasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Mart 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















