Icma.az
close
up
RU
Bu şəxslərə boşanmaq qadağan edilməlidir “Biabırçı həddə çatı

Bu şəxslərə boşanmaq qadağan edilməlidir “Biabırçı həddə çatı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Təəssüf ki, son dövrlərdə boşanmalarla bağlı neqativ halların sayı artır”.

Bunu Globalinfo.az-a Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, boşanmış ailələrdə 90-95 faiz halda uşaqların psixologiyasında ciddi travmalar, psixoloji pozuntular yaranır:

“Normal uşaq tərbiyəsi üçün sağlam ailə modeli lazımdır. Təəssüf ki, cəmiyyətimizdə ailəni oyuncağa çeviriblər, tez-tez evlənib boşanma halları biabırçı həddə çatıb. Halbuki biz sovet dövründə möhkəm ailə institutuna malik xalq idik. İndi isə fəlakətli vəziyyət yaranıb. Təhna qadınlar, tək yaşayan kişilər, ən dəhşətlisi valideyni olmadan böyüyən uşaqlar var. Məlumdur ki, oğlan uşaqlarının formalaşmasında ata, qızlarda isə ana faktoru əvəzedilməzdir. Ümumiyyətlə, hər ikisinin təsiri və rolu önəmlidir. Boşanmış və ya problemli ailələrdə uşaqlar psixoloji pozuntulara, zərərli vərdişlərə, narkomaniyaya, cinayətlərə və sair məruz qalırlar. Adətən onlar nəzarətsiz olurlar. Bu, təhlükəli tendensiyadır. Son 20-25 ildə mənəvi deqredasiya həddindən artıq şiddətlənib. İnsanlar maddi həzzlər üzərində həyat qurmağa çalışırlar. Buna görə də ailələr dağılır”.

Elçin Bayramlı

Sosioloq bildirib ki, boşanma uşaqlara qarşı cinayətdir:

“Bu məsələ hər zaman qadın-kişi prizmasından müzakirə edilir. Amma prosesin onlar üçün ciddi təsirləri yoxdur, başqaları ilə də ailə həyatı qura bilərlər. Uşaqların isə psixologiyası darmadağın edilir. Fikrimcə, uşaqlı ailələrdə boşanma çətinləşdirilməlidir. Məcburi vəziyyətdirsə, uşaqlara nəzarətlə bağlı xüsusi valideynlərin öhdəlikləri olmalıdır. Digər ölkələrdə dövlət orqanları belə uşaqlara himayəçi ayırır və ya məktəbdə onlara özəl yanaşılır, əlavə diqqət göstərilir. Qurulan sistemlə belə uşaqlar cəmiyyətdə sağlam fərd kimi yetişdirilməyə çalışılır. Bizdə isə bunlar yoxdur və ciddi problemlər yaranır. Əminəm ki, bu, getdikcə artacaq”.

Ekspert qeyd edib ki, dünyaya uşaq gətirənlər bunun məsuliyyətini dərk etməli, adekvat davranmalıdır:

“Vətəndaş məsuliyyəti anlamırsa, dövlət məcburi başa salmalıdır. Uşaq dünyaya gətirib, sonra boşanaraq onu da pis vəziyyətdə qoymağa heç kimin haqqı yoxdur. Yalnız zəruri hallarda boşanma olmalıdır. Tutaq ki, tərəflərdən biri ağır dərəcədə narkomandırsa yaxud cinayətkar, əxlaqsızdırsa, məhkəmə buna qərar verməlidir. Belə qəbuledilməz normalar yoxdursa, boşanma qadağan olunmalı, hətta tərəflər cəzalandırılmalıdır. Ailəyə oyuncaq kimi baxanlar bunun dövlət üçün də problem yaratdığını anlamalıdırlar. Ortada sosial qayğıya ehtiyacı olan, yetim uşaqlar çoxalırsa, cəmiyyət formamız dağılır, dövlətin də sosial xərcləri artır. Bu baxımdan, Azərbaycanda boşanma prosesi çətinləşdirilməlidir. Sovet dövründə bu, uzun müddət davam edirdi, müvəqqəti hissə qapılmış şəxslər, hər hansı dava-dalaşdan bir müddət sonra sakitləşir və başa düşürdülər ki, səhv qərar veriblər. Amma indi vəkillər, hakimlər sürətlə boşayırlar. Heç macal vermirlər ki, tərəflər yanlışlarını dərk etsinlər”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Aprel 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri