Icma.az
close
up
RU
Jurnalistikadan suiistifadə edən şəxslərə bu sahədə fəaliyyət göstərmək qadağan edilməlidir AÇIQLAMA

Jurnalistikadan suiistifadə edən şəxslərə bu sahədə fəaliyyət göstərmək qadağan edilməlidir AÇIQLAMA

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Jurnalistikadan sui-istifadə edən şəxslərə bu sahədə fəaliyyət göstərmək qadağan edilməlidir" – AÇIQLAMA

Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək onların pul vəsaitlərini ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Bəs görəsən bu əməllərlə məşğul olan şəxslərə jurnalist demək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı media eksperti Azər Həsrət Sonxeber.az – a açıqlamasında bildirib ki, bu əməlləri törədənlər sadəcə peşədən sui-istifadə edən rəzil insanlardır:

"Hədələmək jurnalistika deyil. Bir şəxs kimisə hədələməklə məşğuldursa, artıq o jurnalistika çərçivəsindən çıxır və həm inzibati, həm də səviyyəsindən asılı olaraq cinayət əməlinə bulaşmış olur. Bu, jurnalistika deyil. Jurnalist əlbəttə araşdırmalıdır, informasiya əldə etməlidir, məlumatı dəqiqləşdirməlidir. Bunun üçün sahibkarlara və ya başqa subyektlərə müraciət edə bilər. İnformasiya əldə etmək haqqında qanuna uyğun olaraq o subyektlər də jurnalistə informasiya verməlidir. Düzdür, verməyə də bilərlər. Bu zaman jurnalist onlara xəbərdarlıq edə bilər ki, əgər informasiya verməsələr hansısa qanunu pozmuş olurlar . Məsələn "Əgər informasiya vermirsizsə, bu qanunun filan maddəsinin pozulması deməkdir." Bunu bu şəkildə demək olar. Amma "Biz sizi rüsvay edəcəyik" deyən şəxs jurnalist deyil. Bu vicdansız bir yanaşmadır. Qələmin şərəfini satmaqdır. Belə işlərlə məşğul olanlar ən rəzil insanlardır. Jurnalist heç vaxt heç kəsi şantaj etməz, hədələməz, qorxutmaz. Ancaq qanuni yollarla informasiya əldə etməyə çalışar. Bunu edə bilmədiyi təqdirdə, yəni, müraciət etdiyi subyekt o informasiyanı verməkdən imtina etsə, sadəcə yazısını yayımlayıb, qeyd etməlidir ki, mən filan subyektə müraciət etdim və o mənə cavab vermədi. Bunun tək yolu budur, şantaj, təhdid deyil. Belə işlərlə məşğul olan adamlara jurnalist demək olmaz. Onlar sadəcə peşədən sui-istifadə edən rəzil insanlardır. Mən illərdir deyirəm ki, bu cür insanların jurnalistika ilə məşğul olması qanunla qadağan edilməlidir. Bunun üçün də media haqqında qanuna xüsusi maddələr əlavə edilməlidir. Jurnalistikadan sui-istifadə edən şəxslərə bu sahədə fəaliyyət göstərmək qadağan edilməlidir. Əgər həkim hipokrat andını pozduqda onun fəaliyyətinə xitam verilirsə, jurnalist də peşə etikasını pozduqda onun da fəaliyyətinə xitam verilməlidir".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 29 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri