Tarixdə ilk dəfə: Merkuri orbitinə iki kosmik aparat daxil oldu
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə həyata keçirdiyi “BepiColombo” missiyası noyabrın 21-də Merkuri orbitinə daxil olub.
Bizim.Media xəbər verir ki, 2018-ci ilin oktyabrında kosmosa buraxılan missiya iki orbital aparatdan ibarətdir.
Onlardan Avropaya məxsus “Mercury Planetary Orbiter” planetin səthini və daxili quruluşunu, Yaponiyanın “Mercury Magnetospheric Orbiter” aparatı isə onun maqnit və ekzosferini araşdıracaq.
Kosmik missiyanın hədəfə çatması üçün səkkiz il vaxt lazım olub. Bu müddətdə aparat Yer, Venera və Merkuri ətrafında cazibə manevrləri həyata keçirib.
Aparatların bir-birindən ayrılması və nəzərdə tutulan orbitlərə yerləşməsi 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək planlaşdırılır. Elmi tədqiqatların tammiqyaslı mərhələsinin isə 2027-ci ilin aprelində başlanması gözlənilir.
Bizim.Media
Baxış sayı:100
Bu xəbər 22 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















