Buffon Pirloya qarşı kampaniyanı siyasətlə əlaqələndirdi
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İtaliya futbol millisinin sabiq qapıçısı Canluici Buffon Andrea Pirlonun yığmaya baş məşqçi təyin olunmasına mane olan kampaniyanı sərt tənqid edib.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri olsa da, Rusiyanın mərc şirkəti ilə əməkdaşlığı ölkədə siyasi və institusional etirazlara səbəb olub. Mütəxəssisin namizədliyi daha sonra gündəmdən çıxarılıb.
Buffon baş verənləri Pirlonu ictimaiyyət üçün qəbuledilməz şəxs kimi göstərməyə yönələn uğursuz siyasi cəhd adlandırıb.
“Rusiya mərc şirkəti ilə bağlı məsələ onu qəbuledilməz kimi təqdim etmək üçün yöndəmsiz və uğursuz siyasi cəhd idi”, - deyə sabiq qapıçı bildirib.
Pirlo isə mərc şirkəti ilə münasibətinin yalnız kommersiya və idman xarakteri daşıdığını, əməkdaşlığa siyasi məna verilməsinin onun ifadə etmədiyi fikirlərin adına yazılması olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Avqust 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















