Icma.az
close
up
RU
Bulimiya qidalanma pozuntusu. Simptomlar və səbəblər

Bulimiya qidalanma pozuntusu. Simptomlar və səbəblər

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunur.

Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir.

Qidalanma pozuntusu olan insanların təxminən 5%-i bulimiyadan əziyət çəkir.

Əsas xüsusiyyətləri:

- Mütəmadi olaraq nəzarətsiz, hədsiz yemə atakları

- Hədsiz yemə zamanı və ya sonra əhvalın aşağı olması, depressiv vəziyyət

- Digər qidalanma pozuntusundan fərqli olaraq onlarda yeməkdən sonra qusma, aclıq və ya hədsiz idmanla məşğul olmaq kimi cəhdlər müşahidə olunmur.

- Bulimiyadan əziyət çəkən insanlar günahkarlıq, depressiya hissləri ilə mübarizə aparırlar. Bu insanlar kompulsiv qidalanmanın oqanizmə hansı fəsadları olacağı və özünənəzarət defisiti ilə bağlı hədsiz narahatlıq keçirirlər. Onlar bu prosesi dayandırmaq istəsələr də, bacara bilməyəcəklərindən qorxarlar.

Bulimiya ilə bağlı diqqət yetiriləsi məqamlar:

Bu insanlar problemlə bağlı utanc hissi keçirdikləri üçün mütəmadi olaraq yemək prosesini gizlətməyə çalışırlar. Çox zaman onlar bunu gizli, ətrafdakıların diqqətindən yayınaraq etməyə çalışırlar. Bir çox bulimiklər kilolu insanlardır və piylənmədən əziyyət çəkirlər. Lakin az bir qismi normal çəkidə olur.

Bulimiklərdə yaşanan bihevioral (davranış) əlamətləri:

- Yediyinə nəzarət etmədə və prosesi saxlamada çətinlik

- Çox miqdarda olan yeməyi sürətli yemə

- Doysa da yeməyə davam etmə

- Sonra yemək üçün yemək gizlətmək

- Başqa insanların yanında normal yemək, lakin tək olduğu təqdirdə hədsiz yemə

- Gün ərzində planlanmamış yemək saatlarında intensiv şəkildə yemək yemə

Duyğusal əlamətlər:

- Stress və ya gərginliyin yemək zamanı azalması

- Yediyi qidanın miqdarı ilə bağlı utanc hissi keçirmək

- Yemək zamanı avtomatik rejimdəki kimi yemə

- Doyma aktının olmaması

- Yeməkdən sonra günahkarlıq və depressiv vəziyyət

- Çəkisini və qidalanma vərdişini nəzarətdə saxlamada çarəsizlik

Təsirləri:

Bulimiya, fiziki, duyğusal və sosial sahələrdə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Bu insanlar digərlərinə nisbətdə daha çox orqanik problemlər, stress, yuxu pozuntuları yaşayır və intihar düşüncələrinə sahibdirlər. Depressiya, təşvişli-nevrotik pozuntu və asılılıq kimi tez-tez rastlanılan əks təsirləri var. Amma əsas simptom çəki artımıdır.

Səbəbləri:

Əsasən bulimiyadan əziyət çəkən insanın geninə, təcrübəsinə və duyğularına diqqət yönəldilir.

Bioloji səbəbləri:

Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qidadan asılılıq ilə bağlı gen mutasiyaları olur və aclıq və toxluqla bağlı impulslar hipotalamusa (iştaha nəzarət edən nahiyə) ötürülmür. Son tədqiqatlar isə serotonin miqdarının aşağı olmasının kompulsiv yemədə əsas rol oynadığını göstərir.

Sosial və etno səbəblər:

Arıq olmaqla bağlı sosial təzyiq bulimiklərin utanc hissi keçirmələrinə və beləliklə də duyğusal şəkildə yemələrinə gətirib çıxarır. Bəzi valideynlər rahatlıq, uşaqlarını hansısa davranışdan uzaqlaşdırmaq və ya mükafatlandırmaq üçün yeməkdən istifadə edirlər. Orqanizmi və çəkisi ilə bağlı ağır tənqidə məruz qalan uşaqlar, uşaqlıq dövründə cinsi istismara qalan insanlar kimi müdafiəsizdirlər.

Psixoloji səbəblər:

Depressiya və qidalanma pozuntusu bir-birilə əlaqəlidir. Bir çox bulimiklər prosesdən əvvəl və sonra depressiv, digər bir qisim isə impulsiv meyillərə nəzarət etmədə, hisslərini ifadə etmədə və ya istiqamətləndirmədə problemlər yaşayırlar. Özgüvənin aşağı olması, tənhalıq və ya bədən dismorfobik pozuntusu (bədən görünüşündən narazı olmaq) bulimiyanın yaranmasına şərait yaradır.

Bulimiyanın təhlükələri:

Ciddi şəkildə çəkidə müəyyən dəyişiklər müşahidə olunduğu üçün fizioloji problemlərin yaranmasına gətirib çıxarır. Çəkinin artması osteoparoz, diabet, hipertoniya, kardiovaskulyar problemlər, öd kisəsi problemləri kimi orqanik narahatlıqların yaranma riskini artırır.

Terapiyası: (hansı yollarla yeməyi dayandıra bilərik?)

Digər asılılıqlardan əziyət çəkənlərin əksinə, qidalanma pozuntusu olan insanlarda yeməkdən uzaqlaşma seçimi yoxdur. Bunun əvəzinə yeməklə bağlı duyğusal ehtiyacları deyil, qidalanma ilə bağlı ehtiyaclara yönəlik sağlam münasibət yaratmaq zəruridir.

Bu istiqamətdə professional yardım almaq əhəmiyyətli rol oynayır. Bulimiyadan əziyət çəkən insanlarda psixoloq, psixiatr, qidalanma üzrə mütəxəssis və lazım gələrsə cərrah paralel şəkildə işləməlidir.

Terapiya zamanı sadəcə simptomatikaya köklənmək lazım deyil. Eyni zamanda duyğusal stimul, stress, narahatlıq, təşviş, qorxu, kədər və digər neqativ duyğular aradan qaldırılmalıdır.

Əgər bulimiya ilə yanaşı piylənmə müşahidə olunursa, çəkinin azalması əsas strateji hədəf olaraq müəyyənləşdirilməlidir. Lakin pəhriz saxlamaq problemin daha da irəliləməsinə gətirib çıxara bilər. Buna görə də bu məqam mütəxəssis tərəfindən ciddi nəzarət altında saxlanılmalıdır.

Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzu ilə;

Elnur Rüstəmov -  Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri