“Bütün legioner idmançılarla yollarımızı ayırmışıq” Seymur Hüseynovun ə AÇIQLAMASI
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Yeni il müxtəlif idman növlərində fərqli şəkildə başlayır: bəziləri dərhal yarışlara yollanır, digərləri hazırlıq prosesinə cəlb olunur, digərləri üçün isə sadəcə dəyişikliklər yaşanır.
İdman.Biz-ə Azərbaycan Triatlon Federasiyasında (ATF) vəziyyətin necə olduğu və ölkəmizdə beynəlxalq səviyyədə çıxış edə biləcək atletlərin olub-olmaması ilə bağlı federasiyanın baş katibi Seymur Hüseynova müraciət edib.
Federasiya rəsmisi vurğulayıb ki, bu il triatlonçularımız bir neçə beynəlxalq yarışda iştirak etməyi planlaşdırırlar.
“Yarış təqvimini yaxın günlərdə dəqiqləşdirəcəyik və bu barədə sizə mütləq məlumat verəcəyik. İdmançılarımızın rəqabət qabiliyyətinə gəldikdə isə ümid edirəm ki, yaxın illərdə beynəlxalq səviyyəyə çıxa biləcək yeni nəsil formalaşdırmışıq. Çünki bu il bütün legioner idmançılarla yollarımızı ayıraraq yerli kadrlara üstünlük verdik. Hazırda onları xarici mütəxəssislər hazırlayır. İnanıram ki, onların rəhbərliyi altında idmançılarımız yeni səviyyəyə yüksələcək və bizi uğurlu çıxışlarla sevindirəcəklər”, - deyə Seymur Hüseynov bildirib.
Vüqar Vüqarlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















