“ByteDance” yenilənmiş “Doubao 2.0” versiyasını təqdim etdi
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“TikTok”un arxasında duran Çin texnologiya şirkəti “ByteDance” çoxfunksiyalı süni intellektlə işləyən “Doubao 2.0” chatbotunun yenilənmiş versiyasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WeChat” məlumat yayıb.
“Assistant” dörd versiyada mövcuddur: “Pro”, “Lite”, “Mini” və “Code”. İlk üç universal model təhlil dərinliyi və cavab sürəti ilə fərqlənir. “ByteDance” iddia edir ki, “Doubao 2.0 Pro” Amerika rəqibləri “OpenAI”nin “ChatGPT 5.2” və “Google”ın “Gemini 3” ilə müqayisə edilə bilər. “Code” versiyası proqramlaşdırma üçün nəzərdə tutulub.
“Doubao 2.0” ilə smartfon tətbiqi, masaüstü proqramı və ya veb brauzer vasitəsilə qarşılıqlı əlaqə qurmaq olar.
Fevralın 12-si “ByteDance Seedance 2.0” video generasiya süni intellekt modelini, 13-ü isə “Seedream 5.0 Lite” şəkil generasiya süni intellekt modelini təqdim edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb
26 Avqust 2026 17:55
TikTokun sahibi ByteDance, şirkətin dəyərini 300 milyar dollar olaraq açıqladı
18 Noyabr 2024 12:39
“Apple” “Siri”nin yenilənmiş versiyasını təqdim etdi − Süni intellekt köməkçisi olacaq
09 İyun 2026 00:00
“Volkswagen” şirkəti məşhur elektromobil ID.3 ün yenilənmiş versiyasını təqdim edib
06 Mart 2025 13:53
Ford Pumanın elektrik versiyasını təqdim etdi…
05 Dekabr 2024 23:45
Baxış sayı:84
Bu xəbər 14 Fevral 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















