Icma.az
close
up
RU
Cavid İmamverdiyev: ” Təkliflərə açığam”

Cavid İmamverdiyev: ” Təkliflərə açığam”

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Azərbaycan II Liqa təmsilçisi “Hypers Guba”nın təcrübəli futbolçusu Cavid İmamverdiyev pley-off mərhələsində keçirilən “Difai” (Ağsu) oyunu (0:3) sonrası  İdmanxeber.az saytına müsahibə verib. Millimizin sabiq üzvü komandanın  cari mövsüm çıxışını dəyərləndirib.

– Pley-off görüşündə məğlub oldunuz. Matçı necə şərh edirsən?

Oyun çox gərgin keçdi. Həqiqətən də Liqalar arasında səviyyə fərqi, oyunçuların hazırlıq səviyyəsi hiss olunurdu. Uşaqlar əllərindən gələni etdilər və sona qədər mübarizə apardılar. Birinci Liqanın futbolçuları həm təcrübəli, həm də fiziki cəhətdən daha hazırlıqlı idilər. Buna baxmayaraq, bizim futbolçularımız maksimal güclə oynadılar, əziyyət çəkdilər. Onlara öz adımdan təşəkkür edirəm. İnşallah, gələn mövsümə daha yaxşı hazırlaşacağıq və Allahın izni ilə  çempionluq uğrunda mübarizə aparacaq güclü bir komanda quracağıq.

– Mövsüm haqqında ümumi fikirlər necədi?

Liqaya gəlincə, mövsüm bizim üçün enişli-yoxuşlu keçdi. Elə oyunlar oldu ki, orada xal itirməməli idik, lakin təəssüf ki, bəzi vacib xalları əldən verdik. Bəlkə də bu xalları itirməsəydik, pley-off oynamazdıq. Komandamızda 13-14 əsas futbolçu var idi və bu heyətlə maksimum nəticəni əldə etməyə çalışdıq. Baş məşqçimiz, klub prezidentimiz və rəhbərlik bizə daim dəstək oldular. Quba azarkeşlərinə isə xüsusi təşəkkürümü bildirirəm. Onlar bütün mövsüm boyunca bizim yanımızda oldular və dəstəklərini əsirgəmədilər

– Yeni mövsümdə komandada  qalacaqsınız, yoxsa sizi başqa klubda görə bilərik?

Bu, qismət məsələsidir. Bir futbolçu kimi təkliflərə açığam. Əgər razılıq olsa, niyə də yox? Lakin “Hypers Guba” mənim üçün artıq doğma bir kluba çevrilib. Hər şey Allahın qismətidir, zaman göstərəcək.

Fərid Nəsibov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 30 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri