Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Media Savadlılığı sosial şəbəkələrdə və KİVdə davranış tərzini müəyyənləşdirir

Qulu Məhərrəmli: Media Savadlılığı sosial şəbəkələrdə və KİVdə davranış tərzini müəyyənləşdirir

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər veridimiz kimi, bu gündən etibarən ölkədə “Media Savadlılığı” Həftəsinə start verilib.

Media Savadlılığı nə deməkdir? Media Savadlılığı üçün nə etməliyik? Axı bu Media Savadlılığı nə deməkdir?


“Media Savadlılığı” ilə bağlı Adalet.az-ın suallarını tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli cavablandırır. Media eksperti bildirir ki, bu gün, əlbəttə ki, Media Savadlılığı informasiya işi sahəsində əsas trendlərdən biridir:”Biz savadlılıq deyəndə, adətən insanlar oxumaq, yazmaq qabliyyətini öyrənmək, məsələn tarix, fizika , riyaziyyat, informatika və sairi nəzərdə tutur. Bu istiqamət olaraq doğrudur. Amma media savadlılığı deyəndə birinci növbədə kütləvi informasiya vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur.Yəni, insanların bəlli bir səviyyəsi olmalıdır ki, o, mediada yayılan məlumatları qiymətləndirə bilsin: Məlumat doğrudur, yalandır, nə məqsədlə yayılır, bunun mənbəyi necədir, nə dərəcədə mötəbərdir və sair.Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir”
Professor qeyd edir ki, media savadlılığı həmdə sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirir:” Yəni, bunun üçün bizim media savadlılığını dərinləşdirməyə ona görə ehtiyacımız var ki, biz fərdi məlumatlarla sosial mediada yayılan məlumatları fərqləndirə bilək. Bir var, siz kiməsə mesaj yazırsınız, onu bir nəfər oxuyur, bir də var ki, sosial şəbəkədə status yazırsınız, onu 5 min, və yaxud 10 min nəfər görür, oxuyur. Ona görə də bunların arasındakı fərqi bilmək, informsiyanın ictimai arenaya çıxışının məsuliyyətini anlamaq, onunla necə davranmaq, necə yazmaq, necə ötürmək vəs. Bunlar hamısı media savadlılığının tərkib hissəsidir”.

Qulu müəllim “Media Savadlılığı”nın Avropada və Türkiyədə artıq 10 ildir var olduğunu  bildirir:” 10 ildir Avropada və qardaş Türkiyədə orta məktəblərdə dərs kimi keçirilir.  İnsanlar mətbuatda yayılan informasiyaları dəqiq qiymətləndirə bilsinlər, özlərinin dünya görüşlərini formalaşdıra bilsinlər deyə media savadlılığı tətbiq edilir. Çünki bu mümkünsüz bir işdir ki, biz media ilə bağlı hər hansı davranışı qiymətləndirə bilməyək. İndi bu gün qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığına həsr olunub. Bununla bağlı yazılar yazılır, treninqlər keçirilir və KİV-in özündə media savadlılığı məsələsi ayrıca qoyulur. Bura medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kommunikasiya məlumatını araşdıra bilmək, media istehlakçısının ayrı bir auditoriya üçün media savadlılığının nə olduğunu anlatmaq və s. bunlar çox vacibdir. Ona görə bizdə də bununla bağlı artıq həm araşdırma işləri aparılır, həm elmi məqalələr yazılır. Hətta bununla bağlı dissertasiya da yazılır. Ona görə, indiki həyatımızda bu məsələdən bəhs etmək çox önəmlidir”.


Tanınmış jurnalist media savadlılığını 2 aspektindən yanaşmaq lazım oldunu da önə sürür: ““Media Savadlılığı” ilə bağlı 2 aspektdən danışmaq olar. Onun birincisi , ümumiyyətlə, xəbər istelakçısı, bizim məlumatı yönləndirdiyimiz auditoriyaya verdiyi məlumatı dəyərləndirə bilməlidir.Bununla bağlı danışdıq.
İkincisi isə medianın özündə- KİV-də media savadlılığının tətbiqidir. İkinci jurnalistlərin - medianın özündə savadlılıq isə bu artıq, əlbəttəki, peşə məsələləri ilə birbaşa bağlıdır: “Biz xəbəri necə yazmalıyıq, xəbərin suallarına dəqiq necə əməl etməliyik, araşdırma aparırıqsa, mənbələrlə necə işləməliyik?Bunlar önəmlidir. Xüsusən, konfliktli məsələrdən yazırıqsa, tərəflərin hamısının mövqeyini verməliyik. Bunlar bir başa media peşəkarlığı, jurnalist peşəkarlığı ilə bağlı olan məsələlərdir ki, biz burda həm tələb olunan peşəkarlıq standarlarını gözləməliyik, həm etik qaydaları gözləməliyik, həm hüquqi aspektləri dəqiq öyrənməliyik . Məhz bu nüansların köməkliyi ilə məlumatlarımıza müəlyyən bir keyfiyyət aşılamalıyıq. Media savadlılığı bu baxımdan bu sadaladıqlarımızı özündə ehtiva edir.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi, ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur. 
Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri