CENTCOM: ABŞ İrana zərbələr endirməyə başlayıb
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mərkəzi Komandanlığın qüvvələri İrana silsilə güclü zərbələr endirməyə başlayıb. ABŞ zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İranın vurduğu zərbələrə cavab olaraq endirilir. İranın təcavüzü əsassız, təhlükəli olub və atəşkəs rejiminin açıq-aşkar pozulması idi", - CENTCOM-dan qeyd ediblər.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib.
UKMTO isə Hörmüz boğazı yaxınlığında üç tankerə edilən hücumlar barədə məlumat vermişdi. Daha sonra Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) İranın Səudiyyənin "Wadiyan" tankerinə və Qətərin "Al Rekayyat" gəmisinə hücum etdiyini bildirərək Tehranın hərəkətlərini qətiyyətlə pisləyib. Qurumdan vurğulanıb ki, bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və qlobal enerji daşıyıcıları təchizatı zəncirləri üçün təhlükə yaradır. Qətər XİN insidentlə əlaqədar İranın Dohadakı səfirinin müavinini çağıraraq ona etiraz notası təqdim edib.
İranın IRIB teleradio şirkətinin iddiasına görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd edib və "dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün" hədəfə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 İyul 2026 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















