Icma.az
close
up
RU
Cənubi Qafqazda stabillik: Tramp administrasiyası diqqətini İrana və Yaxın Şərqə yönəldəcək

Cənubi Qafqazda stabillik: Tramp administrasiyası diqqətini İrana və Yaxın Şərqə yönəldəcək

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib ki, Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bura fəal təsir göstərməyəcək. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq. O, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, onda Moskvanın Cənubi Qafqazda daha geniş fəaliyyət üçün böyük ölçüdə sərbəst əli olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək, çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir. Və bu və ya digər dərəcədə Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək. Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Fransa prezidentinin Cənubi Qafqazda fəallığının azalmasına səbəb ola bilər.


Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Donald Trampın birinci prezidentliyi dövrünə və sonuncu seçkilərdə verdiyi açıqlamara uyğun olaraq müəyyən proqnozlar irəli sürmək mümkündür:


“Donald Trampın dövründə Amerikanın Cənubi Qafqaza marağı daha az idi. Çünki Tramp daha çox Çin ilə iqtisadi müharibə aparırdı və diqqətini Yaxın Şərqə yönəltmişdi. Eyni mövqenin davam etmə ehtimalını gözləsək Tramp administrasiyasının Bayden administrasiyası isə qədər Cənubi Qafqaza maraq göstərməyəcəyini deyə bilərik. Bayden administrasiyası Ermənistan və Gürcüstan üzərindən Cənubi Qafqazla bağlı müəyyən maraqlarını həyata keçirməyə çalışırdı və regionda qeyri-stabillik yaradırdı. Trampın Cənubi Qafqaza daha az diqqət göstərməsi regionda müəyyən sabitliyə yol aça və problemlərin bölgə daxilindəki ölkələrin arasında həll edilməsini aktuallaşdıra bilər. Yəni  xaricdən müdaxilə olmayanda regionun problemlərini daha rahat həll etmək olar”.


Ekspert qeyd edib ki, Suriyadakı hadisələr fonunda Yaxın Şərqdəki vəziyyət qarışıb:

“İsrailin hədəfi İran yönündə daha da pisləşib. Donald Tramp İsrailin bir növ ən yaxın dəstəkçisidir. Prezident seçkiləri ərəfəsində Tramp qarşı sui-qəst hadisələrində İranın hədəf göstərilməsi də qarşıda Trampın atacağı addımlardan xəbər verirdi. Yəni Tramp administrasiyası gələcək dövrlərdə diqqətini daha çox İrana və Yaxın Şərqə yönəldəcək. Həmçinin Tramp Ukrayna məsələsində Rusiya ilə anlaşacaq. Belə olan halda Rusiyanın yenidən Cənubi Qafqaza diqqətini yönətməsinə səbəb ola bilər. Ona görə də Zəngəzur dəhlizi məsələsini 10 noyabr razılaşmasına uyğun şəkildə açılmasını Rusiya tərəfindən yenidən aktivləşdirəcək. Cənubi Qafqaza diqqət yönəldən tərəflərdən biri isə Fransadır. Amma Fransanın daxilində gedən böhranlar fonunda bunun baş tutmayacağı açıq şəkildə bəllidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri