“Cənubi Qafqazda təhlükəsizlik məsələrinə ən çox təsir edən Türkiyə, Rusiya və İrandır”
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avropadan gözləntilər Ermənistanda şişirdilib və reallığı əks etdirmir”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq Prezidenti Robert Köçəryan mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin, xüsusən də Fransa Prezidenti Emmanuel Makronun bəyanatları rezonanslı və gözəl olsa da, əslində regional hadisələrə təsir göstərmir.
Köçəryan bildirib ki, bu regionda təhlükəsizlik məsələlərinə real təsiri olan üç güclü dövlət var ki, bunlar da Rusiya, İran və Türkiyədir.
O qeyd edib ki, Ermənistan üçün Rusiya ilə strateji müttəfiqlik bərpa edilməli və normallaşdırılmalıdır.
Eyni zamanda Köçəryan hazırki hakimiyyətin xarici siyasətini də şübhə altına alıb, onun xaotik olduğunu və dəqiq istiqaməti olmadığını vurğulayıb.
Siyasətçi əlavə edib ki, belə davranış nəticəsində Ermənistan gözlədiyi dəstəyi ala bilməyib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















