Ceyhun Bayramov Ararat Mirzoyanla Maltada niyə görüşməyib? SƏBƏBİ AÇIQLANDI
Icma.az, Bizim media saytına istinadən bildirir.
ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün baş tutmamasının bəzi detalları məlum olub.
Bizim.Media xəbər verir ki, diplomatik mənbələrdən APA-ya bildirilib ki, ABŞ Dövlət katibi Antoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir.
Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.
Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb isə budur ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür.
"Buna görə Azərbaycan ABŞ-ın ümumiyyətlə sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır", - deyə diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.
Bizim.Media
Baxış sayı:65
Bu xəbər 05 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















