Ceyhun Mirzəyevin qızı Moskva küçələrində Xalq Artisti şok detalları açdı
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Ögey ana” və “Fəryad” filmlərinin baş rollarının ifaçısı, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva hazırda Moskva şəhərində küçə şəraitində yaşayır. O, səfil həyat sürür. Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə müraciət etdiyini bildirib.
Globalinfo.az məsələ ilə bağlı Rasim Balayevlə əlaqə saxlayıb.
Xalq artisti artıq səfir Rəhman Mustafayevin onunla danışdığını deyib:
“Səfir mənə dedi ki, Cəmalə Mirzəyeva Rusiya vətəndaşı olduğu üçün rəsmi olaraq dəstək göstərə bilmirlər. Lakin mən diasporaya müraciət etməyi planlaşdırıram. Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Qriqoryevna milliyyətcə tatar idi. O, Azərbaycanda prokurorluq və ədliyyə sistemində çalışıb, baş ədliyyə müşaviri olub”.
Rasim Balayev qeyd edib ki, Lidiya Qriqoryevna təqaüdə çıxdıqdan sonra qızı ilə birlikdə Rusiyaya köçüb:
“Bakıda evlərini sataraq Pyatiqorsk şəhərində ev aldılar. Bir neçə il sonra, 2015-ci ildə Lidiya xanım dünyasını dəyişdi. Bundan sonra bir nəfər Cəmaləyə evlənəcəyi vədi verib və onun evini satdırıb. Müəyyən müddət onunla birlikdə yaşayıb, daha sonra isə qızı zərərli vərdişlərə alışdıraraq tərk edib. Nəticədə Cəmalə küçələrdə qalmalı olub. Biz bu vəziyyətə biganə qala bilmərik. Ceyhun Mirzəyev kimi sənətkarın, ədliyyə sistemində xidmət göstərmiş Lidiya xanımın övladı belə bir duruma düşməməlidir. Ümidim diasporamızadır”.
Zaira Akifqızı
Globalinfo.az
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:81
Baxış sayı:81 Bu xəbər 30 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















