Icma.az
close
up
RU
CHP dən a açıqlama: Dirənəcəyik!

CHP dən a açıqlama: Dirənəcəyik!

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 15-də Ankara məhkəməsində Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı işə baxılacaq.

Partiya daxilində məhkəmənin nəticələri ləğv edəcəyi, CHP rəhbərliyinin vəzifədən uzaqlaşdırılacağı və müvəqqəti sədr təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır. 

Partiyanın İstanbul təşkilatının rəhbərliyinin vəzifədən uzaqlaşdırılması və yerinə müvəqqəti sədr təyin olunması barədə məhkəmə qərarı etirazlara səbəb olub. İstanbul Valiliyinin bazar axşamından etibarən ərazidə bütün yürüş və aksiyaları qadağan etməsinə baxmayaraq, binanın önündə çox sayda insan toplaşıb. Valiliyin qərarı ilə CHP binasına gedən bütün yollar bağlanıb, polis ərazini nəzarətə götürüb.

CHP-də nə baş verir? Proseslər necə yekunlaşacaq?

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, İstanbul təşkilatı ləğv olunub:

"Bir çox istiqamətdən hökumət CHP-ni zəiflətmək istəyir. Bələdiyyə sədrləri, prezidentliyə namizədimiz Əkrəm İmamoğlu həbsdədir. İstanbul rayon təşkilatı ləğv edildi. Və 15 sentyabrda konqresimizin ləğvi ilə bağlı məhkəmə var. Ötən gün partiyamızın quruluşunun 102-ci ildönümü idi. CHP Atatürkün və cümhuriyyəti quran partiyadır. Buna uyğun davranırıq. Partiya olaraq bütün təzyiqlərə dirənirik və dirənəcəyik. Misal üçün bu gün İstanbul Kadıköydə mitinq olacaq".

İ.Üzgel vurğulayıb ki, partiyaya qəyyum təyin edilərsə, ümumi qərargahda da dirənəcəklər:

"Oranı buraxmayacağıq. Bütün bunlarla mücadilə etmək asan deyil. Lakin arxamızda çox güclü xalq dəstəyi var. İstanbul və Türkiyənin müxtəlif bölgələrində 52 mitinq keçirdik. Xalqımız hələ də gecə mitinqlərinə kütləvi şəkildə qatılır. Hazırkı dönəmdə böyük məsuliyyət altına girmişik. Ən böyük məqsədimiz Türkiyədə ədaləti, demokratiyanı təsis etmək, iqtisadiyyatı düzəltməkdir. Xalqımızın ciddi iqtisadi problemləri var. Diqqəti bu problemlərə çəkmək istəyirik, bunun üçün çalışırıq, amma hökumət bu problemlərin danışılmasını istəmir. CHP-ni gündəmdə saxlamaq istəyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri