Icma.az
close
up
RU
Çinli milyarder İlon Maskla quda olmaq istəyir

Çinli milyarder İlon Maskla quda olmaq istəyir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da surroqat analıq yolu ilə 100-dən çox uşaq atası olduğu iddia edilən Çinli oyun milyarderi Xu Bo uşaqlarının bir gün İlon Maskın uşaqları ilə evlənəcəyini xəyal edir.

Reyting.az xəbər verir ki, “Wall Street Journal” tərəfindən təsdiqlənmiş sosial media paylaşımlarına görə, Çində oyun sənayesində sərvət qazanan milyarder Xu Bo, ABŞ-da surroqat analıq agentlikləri vasitəsilə 100-dən çox uşaq atasıdır.

İddia olunur ki, 48 yaşlı iş adamı bu uşaqların bir gün milyarder İlon Maskın uşaqları ilə evlənməsini istəyir və bununla da “qlobal ailə sülaləsi” qurmağı hədəfləyir.

Onlayn oyun şirkəti “Duoyi”-nin qurucusu Xu Bo sosial mediada özünü “Çinin ilk atası” kimi təsvir edir.

Bildirilir ki, o, paylaşımlarında ən azı “50 yüksək keyfiyyətli kişi uşağı” hədəfindən bəhs edib. Şirkətinin hesablarında Xu Bonun ABŞ-da 100-dən çox uşağının dünyaya gəldiyi qeyd olunur.

Xunun keçmiş sevgilisi Tanq Cinqin açıqlamaları məsələni tamamilə yeni bir səviyyəyə qaldırıb. Sosial mediada açıqlama verən Cinq, Xunun 300-dən çox uşağı ola biləcəyini, onlardan 11-nin illərdir özü böyütdüyünü iddia edib. Cinq yazıb ki, bu rəqəm şişirtmə deyil, hətta az ifadə edilə bilər.

“Wall Street Journal”a görə, Xunun “ailə sülaləsi” ideyası İlon Maskdan ilhamlanaraq hazırlanıb. Maskın da çoxlu uşağı olduğu bilinir, lakin o, əvvəllər şüurlu şəkildə nəslini genişləndirmək planı həyata keçirdiyi iddialarını təkzib edib.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri