Icma.az
close
up
RU
COP29da türk dövlətləri QHTlərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib

COP29da türk dövlətləri QHTlərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik səkkiz ölkədən olan QHT-lər birgə iqlim təşəbbüslərinə dair forum keçiriblər. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr foruma qatılıblar.

Sitat.info xəbər verir ki, insan kapitalına dair türk ölkələrinin iqlim təşəbbüsü forumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilk dəfədir ki, türk dövlətlərinin QHT-ləri ümumi məqsəd uğrunda bu səviyyədə təşkilatlanmağa başlayıblar. Millət vəkilləri Ramil Həsən, Gülşən Paşayeva birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin bütün türk dünyası üçün önəmli olduğunu qeyd edib, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb. Özbəkistan Respublikasının Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev bildirib ki, 2024-cü ilin dekabrında Özbəkistan-Azərbaycan QHT-lərinin II Əməkdaşlıq Forumu olacaq və bu, dərinləşən əlaqələrin növbəti təzahürüdür.

Daha sonra forum panel müzakirələrlə davam edib.

"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə keçirilən "İqlim dəyişmələri və insan kapitalı: türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatlarının rolu" adlı ilk paneldə Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş üzrə məsul nümayəndəsi Latif Akça, Türkiyənin Siyasi, İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin (SETA-nın) təmsilçisi Mustafa Caner, Özbəkistanın "Qadınlar və Qızlar Assosiasiyası"nın sədri Nəsibə Miradilova, Özbəkistandan ekoloq Bunyod Abdullayev mövzu ətrafında məruzələrlə çıxış ediblər.

"Türk dövlətlərində gənclərin iqlim məsələlərinə cəlbində vətəndaş cəmiyyətinin rolu" adlı ikinci paneldə Türkiyənin "Yeşilay" Cəmiyyətinin sədr müavini Sümeyya Ceylan, Qırğızıstanın Gənclər Parlamenti layihəsini həyata keçirən "Vətəndaş İdeyaları Fondu"nun təsisçisi Elnurə İsabəyova, Türk Dövlətləri Təşkilatının Macar nümayəndəliyinin üzvü David Biro, Özbəkistanın Könüllülər Birliyinin rəhbəri Şirin Abidova müxtəlif təqdimatlar ediblər.

Türk dövlətlərindən olan nümayəndələr sonda bir daha Azərbaycanı türk dünyasında ilk dəfə COP tədbirini təşkil etməyə nail olmuş ölkə kimi təbrik ediblər, bundan fərəh hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, çox qısa müddətdə yüksəksəviyyəli təşkilatçılıq işlərinin görülməsi Azərbaycan dövlətinin qüdrətinin daha bir nümayişinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sitat.info
archiveBu xəbər 18 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri