COP30 un İqlim dəyişikliyi üzrə çempionu: COP29 sədrliyi ilə birlikdə daha qayğıkeş dünya üçün çalışmalıyıq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bonn, 17 iyun, AZƏRTAC
Mən, COP30-un İqlim dəyişikliyi üzrə çempionu kimi, xüsusilə Qlobal Cənubda qaradərili qadınlar, gənclər və uşaqlar da daxil olmaqla, bütün gəncləri iqlim dəyişikliyi ilə mübarizədə birləşdirməyi hədəfləmişəm. Bu, sabahın deyil, elə bu günün problemidir. COP30 real tətbiqin COP-u olmalıdır.
Bunu AZƏRTAC-a müsahibəsində Braziliyada keçiriləcək COP30-un İqlim dəyişikliyi üzrə çempionu Marcella Oliveira Almaniyanın Bonn şəhərində təşkil olunan BMT-nin İqlim üzrə Subsidiar Orqanların 62-ci Sessiyası (SB62) çərçivəsində deyib.
“Gənclər təkcə müşahidəçi deyil, qərarların verildiyi masalarda da olmalıdırlar. Biz Braziliya və digər ölkələrdən olan gənc nümayəndələrlə birgə hərəkət edərək, ortaq prioritetlər uğrunda çalışırıq. Çünki bu, fərqli cərəyanlar deyil, bu, bir hərəkatdır: həyatımızı, gələcəyimizi və torpaqlarımızı qorumaq üçün bir hərəkat. Danışıqlar həyatımızın ayrılmaz bir hissəsidir. Biz danışmaq, birləşmək və daha ədalətli keçid qurmaq üçün buradayıq. COP29 prezidentliyi ilə birlikdə, daha qayğıkeş dünya üçün çalışmalıyıq”, - deyə Marcella Oliveira vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















