Icma.az
close
up
RU
Fariz Nəcəfov: “1 ci liqanın çempionu olmaq üçün də çalışmalıyıq” MÜSAHİBƏ

Fariz Nəcəfov: “1 ci liqanın çempionu olmaq üçün də çalışmalıyıq” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfovun klubun mətbuat xidmətinə müsahibəsi

- Komandamız Premyer Liqaya vəsiqə qazandı. Mövsümün qalan hissəsində “Qəbələ”nin hədəfi nə olacaq?

- Birinci liqada qarşıya qoyulan əsas məqsədə vaxtından əvvəl çatmağımız çox xoş oldu. Bu münasibətlə bütün “Qəbələ” azarkeşlərini, komandamızın üzvlərini, əziyyəti olan,uğurumuza sevinən hər kəsi təbrik edirəm. Amma təbii ki, hələ boşalmaq olmaz. Mövsümün əvvəlində komandanın qarşısına 1-ci liqanın çempionu olmaq vəzifəsi qoyulmuşdu və bunun üçün də çalışmalıyıq.

- Amma növbəti mövsüm üçün planları artıq qurmaq olar. Büdcədə nə kimi dəyişikliklər olacaq? Elitaya qayıdış büdcənin daha da artırılmasına səbəb ola bilər?

- Komandamız Premyer Liqada çıxış etdiyi əvvəlki illərdə də kuboku qazanacaq, avrokuboklarda çıxış edəcək büdcəyə malik idi. Bu baxımdan deyə bilərəm ki, növbəti mövsüm də mübariz komanda formalaşdırmaq üçün dövlətin ayırdığı vəsaitdən əlavə lazım olan vəsaiti əldə etməyə çalışacağıq.

- Azarkeşləri maraqlandıran məsələlərdən biri də məşqçilər korpusu ilə bağlıdır…

Ötən mövsüm hazırki məşqçilər korpusu ilə müqavilə bağlayanda 1-ci Liqaya düşəcəyimiz halda atacağımız addımları da müzakirə etmişdik. Klub olaraq hər zaman uzun müddətli proyektlərin üzərində işlədiyimiz üçün məşqçilər korpusu ilə də müqavilə müddəti 3 illik nəzərdə tutulmuşdu. Proyektimizin davamı olaraq da növbəti mövsüm Premyer Liqada dəyişiklik etmək fikrimiz yoxdu. Baş məşqçimizdən və köməkçilərindən razıyıq, onlarla işimizə davam edəcəyik.

- Komandanın heyətində bu il akademiyanın yetirməsi olan gənc futbolçular çoxluq təşkil edib. Gələn mövsüm Premyer Liqada da gənc futbolçuların xidmətindən daha çox yararlanmağı düşünürsüz?

- İstənilən halda elitaya yüksəldiyimiz üçün heyətdə dəyişikliklər etmək məcburiyyətindəyik. “Qəbələ” futbol klubunun hər zaman əsas prioriteti gənc futbolçuları peşəkar şəkildə, milli komanda səviyyəsinə qədər yetişdirmək olub. Cari mövsüm də komandamızın əksər futbolçuları akademiyamızın yetirməsi olan gənc futbolçular idi. Sevindirici haldır ki, bu il aşağı dəstədə mübarizə aparmağımıza baxmayaraq akademiyamızın yetirməsi olan Şahin Şahniyarov milli komandaya dəvət aldı. Məşqçilərin qarşısına qoyulan vəzifələrdən biri də akademiyamızın yetirmələrini daha yuxarı səviyyəyə çatdırmaqdır. Bu siyasətimiz Premyerliqada da davam edəcək.

- Növbəti mövsüm üçün AFFA-nın verdiyi qərarlardan biri də legioner limitinin ləğvi ilə bağlı oldu. Bu qərar komandanın formalaşmasına necə təsir göstərəcək? Legioner futbolçuların transferi gözlənilir?

Əlbəttə, müasir futbolu legionersiz təsəvvür etmək çətindir. Bu baxımdan imkanlarımız daxilində daha potensiallı və uzun müddət xidmətlərindən yararlana biləcəyimiz futbolçuların transferi də qaçılmazdır. Yenə də bu istiqamətdə fəaliyyətimiz davam edəcək və keyfiyyətli əcnəbiləri cəlb etməyə çalışacağıq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see316

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see228

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see199

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see124

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri