Daha böyük bir müharibə yaxınlaşır! Bu görüntülər İranı qəzəbləndirdi
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İsrail atəşkəsi ilk günündə pozaraq son dövrlərdə Livana qarşı ən genişmiqyaslı hava əməliyyatına başladı.
Turkustan.az xəbər verir ki, hücumlar Livanda genişmiqyaslı dağıntılara səbəb oldu və diplomatik həll ümidləri yenidən şiddətli toqquşmalarla əvəz olundu.
İsrailin bu hərəkətindən sonra İran tərəfindən güclü bir cavab siqnalı gəldi. Fars News-un məlumatına görə, Tehran administrasiyasının İsrail hücumlarına hərbi cavab hazırlıqlarına başladığı və ordu bölmələrini ən yüksək hazırlıq səviyyəsinə gətirdiyi bildirilir.
İranın birbaşa hücuma keçib-keçməyəcəyi, yoxsa bölgədəki proksi qüvvələrini aktivləşdirib-köçmədiyi hələ də bəlli deyil, lakin bu gərginlik bölgədəki müharibənin miqyasının genişlənməsi riskini ciddi şəkildə artırır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Aprel 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















