Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Damir Muhetdinov: Məhz Azərbaycan müsəlman dünyasının problemlərini dilə gətirməyə və onların real həlli yollarını təklif etməyə qadirdir

Damir Muhetdinov: Məhz Azərbaycan müsəlman dünyasının problemlərini dilə gətirməyə və onların real həlli yollarını təklif etməyə qadirdir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva, 29 may, AZƏRTAC

Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov AZƏRTAC-a müsahibəsində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O deyib: “Bu mübarək gündə Rusiya Müsəlmanları Ruhani İdarəsi, onun sədri, müfti şeyx Ravil Qaynutdin və bütün Rusiya müsəlmanları adından qardaş Azərbaycan xalqını Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm”.

Damir Muhetdinov tarixi ədalətin bərpasının vacibliyini vurğulayıb: “Xüsusilə sevindirici haldır ki, son illərdə Azərbaycanın tarixi torpağı olan Qarabağ öz mənşəyinə qayıtdıqdan sonra ədalətin bərqərar olmasından danışmaq olar. Bu, həqiqətən də Azərbaycan xalqının böyük Qələbəsidir və biz bununla fəxr edirik. Uca Allahdan Azərbaycanın firavanlığı, qardaş xalqın rifahı və xoşbəxtliyi üçün dua edirik”.

O, dinlərarası dialoqun təşviqində göstərdiyi səylərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: “Bakı təkcə müsəlman təşkilatlarının deyil, həm də dünyanın müxtəlif ölkələrindən gələn ənənəvi dinlərin – xristianlıq, iudaizm, buddizm, ictimai və akademik təşkilatların nümayəndələrinin görüş məkanına çevrilib. Burada dünya ictimaiyyətinə mesaj verilir; yalnız müsəlmanlara və onların hüquqlarına hörmət etməklə ədalətli cəmiyyət qurmaq olar. Ümid edirik ki, bu səylərlə peyğəmbərlərə və müqəddəs kitablara qarşı təhqirlər antisemitizm hərəkətlərinə bərabər tutulacaq və qanunla cəzalandırılacaq”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolunu qeyd edən həmsöhbətimiz vurğulayıb: “Mərkəz çox böyük işlər görür”.

Bu yaxınlarda Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransdan danışan Rusiyanın din xadimi gələcək forumlarda iştirakçıların coğrafiyasının daha da genişlənməsini arzuladığını bildirib: “Növbəti konfransda Cənub-Şərqi Asiyadan – Çindən, İndoneziyadan, Malayziyadan olan nümayəndələri görmək istərdim. Çünki məhz Azərbaycan müsəlman dünyasının problemlərini dilə gətirməyə, onların real həlli yollarını təklif etməyə qadirdir”.

O, həmçinin Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatın xüsusi əhəmiyyətini vurğulayıb. “Bu gün bütün dünya ictimaiyyəti mühüm hadisədən xəbər tutdu: Laçında beynəlxalq hava limanı istifadəyə verilib. Mərasimdə İlham Heydər oğlu Əliyevin yaxın dostu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Pakistanın Baş naziri də iştirak edib. Bu tədbir təkcə strateji tərəfdaşlığın deyil, həm də üç ölkənin dərin mənəvi və siyasi həmrəyliyinin rəmzidir”.

Damir Muhetdinov əminliklə bildirib ki, üç qardaş ölkə arasında münasibətlərin inkişafı müsəlmanların ədalətli və çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasında mühüm addım olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri